“Hamı “Qarabağ”ın üzərinə gəlir” - Qurban Qurbanov

“Hamı “Qarabağ”ın üzərinə gəlir” - Qurban Qurbanov
İDMAN
10:16 06.08.2023
310
"Rəşadı və "Zirə"ni təbrik edirəm. Çox yaxşı başladılar liqaya. Onlara uğurlar arzulayıram".

AZXEBER.COM xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Lİqasının ilk turunda "Zirə" ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.

O, evdə 0:1 hesabı ilə uduzduqları matçı belə şərh edib: "Məğlub olduq, düşünürəm ki, öz potensialımızdan çox aşağı oynadıq. Amma futbolçularımı başa düşürəm. Oyun təcrübəsi olmadıqda, formadan uzaq olurlar. İlk matç göstərdi ki, çempionatda hər oyuna daha ciddi yanaşmalıyıq. Qarşıdakı oyunlarda lazım olsa, rotasiyalara gedəcəyik. Çünki futbolçuların sağlamlığı da vacibdir. Maraqlı çempionat başladı. Qarşıdakı oyunlarda daha yaxşı olmağa çalışacağıq".

Q.Qurbanov ilk oyundakı məğlubiyyətə baxmayaraq, komandasının potensialına inandığını bildirib: "Uduzduqda, xal itirdikdə, belə oyunların komanda və mənim üçün faydası daha çox olub. Məncə, hər şey qaydasında olacaq. Çünki yaxş kollektivimiz, yaxşı futbolçularımız var. Daha yaxşı oynamağa qadirik. İnanıram ki, get-gedə hər futbolçunun gələcəkdə tam potensialını üzə çıxara biləcəyik".

Təcrübəli mütəxxəssis azarkeşlərin "Qarabağ"ı transfer etməməkdə günahlandırmağına da münaisbət bildirib: "Onlar azaddırlar. Futbol azarkeşlərə görə oynanılır. Bəzən onlar da emosiyalarnı saxlaya bilmirlər. Normal qarşılamaq lazımdır. Amma dəfələrlə bildirmişəm ki, mövsümün ortasında belə, transfer işləri ilə məşğul oluruq. Lazım olan oyunçuları dəvət edirik. Əfsuslar olsun ki, bəzən alınır, bəzən yox. Bu il az transfer etməmişik. Transfer danışıqlarımız gedir. Mənim çox maraqlı və döyüşkən futbolçularım var. Potensialımız bu deyil. Hamı bizim, "Qarabağ"ın üzərinə gəlir. Biz rəqiblərin üzərinə getməkdən çəkinməyəcəyik, həvəsdən düşməyəcəyik. Futbolçular bunu dərk edirlər. Bu komandanın nə olduğunu bilirlər. İnanıram ki, qarşıda bunu bacarcağıq. Pis tərəfini düşünəndə... Bacarmasaq, nə cavab verim sizə...Bacarmasaq, nə olacaq? Əminəm ki, futbolçularım döyüşkəndir, cəsurdur. Onlara güvənərək, onlarla birlikdə inanıram ki, yaxşı futbol göstərməyə, yaxşı nəticə əldə etməyə gecə-gündüz çalışacağıq".

Q.Qurbanov Azərbaycan klublarının avrokuboklarda 3 ev oyununun eyni günə salınmasına görə "Qarabağ"ın oyununa az azarkeş gələcəyi ehtimalına da toxunub: "İnanmıram. Hər komandanın öz azarkeşi var. Bakıda 4 milyondan çox adam var. Burada problem olmayacaq. Futbol tarixində ilk dəfədir ki, üç oyun eyni şəhərdədir. Maraqlı olacaq. Təki hamı uğurlu nəticə əldə etsin, hamı sevinsin. Hər komandanın azarkeşləri bir-birinə qarışıb, təbrik etsinlər".

Q.Qurbanov "Komandanı 4 gündən sonra HİK-lə oyuna toparlamaq çətin olacaq" sualını belə cavablandırıb:  "İnanmıram çətin olsun. Əksinə, mənə elə gəlir ki, daha rahat olacaq. Narazılıqlar "Rakov"la ilk oyundan sonra var. Bu günə kimi davam edir. Üzərimizə gəlirlər yox, fikirlərini bildirir insanlar. Biz elə yola çıxmışıq ki, hazır olmalıyıq belə olaylara. Mən qarışıq, futbolçularım da xoşlayır ki, belə anda ayaqüstə duraq, məsuliyyətli olaq. Futbolçularım tam hazır olacaq".
Baş məşqçi futbolçulara mətbuata danışmaq barədə qadağa qoymadığını bildirib: "Deməmişəm. Siz də çox narahat etməyin. Onlar nə etmək lazım olduğunu bilirlər".

Q.Qurabnov Avropa Liqasının 3-cü təsniaft mərhələsindəki rəqibləri HİK (Finlandiya) haqda da danışıb: "Sanki ikinci "Rakov"dur. Sistem və oyun olaraq belədir. Bərk komandadır. Skandinaviya komandaları intizamlı oynamağı xoşlayırlar. "Rakov" kimi müdafiə olunurılar, hücumda çox bənzər epizodları var. Sabahdan futbolçulara rəqib barədə tapşırıqlar verəcəyik. Məni narahat etməyən komanda yoxdur. Hər rəqibin sürprizləri olur. Amma mən hər oyun, hər rəqibə qarşı istəmişəm ki, düşündüklərimizi yerinə yetirək. Ümumən yaxşı komandaya qarşı oynayacağıq. Çalışacağıq ki, daha yaxşı oyun göstərək".

Qurabnov zədəli kapitan Maksim Medvedevin durumundan da danışıb: "Məncə, zədə deyil, əzələsində dartılma var. Qarşıdakı günlərdə hər futbolçunun idman formasına baxacağıq. Rəqibi də analiz edib, heyət barədə düşünəcəyik.

Q.Qurbanov bu mövsümün maraqlı olacağını düşünür: "Bu gün belə nəticə olubsa, göründü ki, çempionat maraqlı olacaq. Hər rəqib keçən illə müqayisədə daha iddialıdır, çox transfer ediblər. Bunlara hazır olacağıq. Amma biz də pis deyilik. Daha ciddi və işgüzar olmalıyıq. Təki maraqlı olsun".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Çində mədəni su basıb, ölənlər var
00:03 06.10.2026
Çində mədəni su basıb, ölənlər var
Fransanın “Şarl de Qoll” aviadaşıyıcısında yanğın baş verib
23:53 05.10.2026
Fransanın “Şarl de Qoll” aviadaşıyıcısında yanğın baş verib
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - VİDEO
23:42 05.10.2026
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - VİDEO
Türkiyə və Pakistan hərbçiləri Səudiyyə Ərəbistanına yerləşdiriləcək
23:32 05.10.2026
Türkiyə və Pakistan hərbçiləri Səudiyyə Ərəbistanına yerləşdiriləcək
Nərimanov rayonunda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib
23:22 05.10.2026
Nərimanov rayonunda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib
Türkiyədə təyyarədə bomba xəbərdarlığı edilib, sərnişinlər təxliyə olunub
23:12 05.10.2026
Türkiyədə təyyarədə bomba xəbərdarlığı edilib, sərnişinlər təxliyə olunub
Abşeronda 3 gün əvvəl restoranda döyülən 32 yaşlı kişi bu gün ölüb
23:05 05.10.2026
Abşeronda 3 gün əvvəl restoranda döyülən 32 yaşlı kişi bu gün ölüb
Nauman Mahmud Məkkə Müdafiə İttifaqının Baş katibi seçilib
22:56 05.10.2026
Nauman Mahmud Məkkə Müdafiə İttifaqının Baş katibi seçilib
Rəşad Nəbiyev: "İlham Əliyevin dünya çempionatının açılışında iştirakı cüdoya xüsusi önəmin göstəricisidir"
22:46 05.10.2026
Rəşad Nəbiyev: "İlham Əliyevin dünya çempionatının açılışında iştirakı cüdoya xüsusi önəmin göstəricisidir"
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
22:42 05.10.2026
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişinə sadiqdir
22:33 05.10.2026
Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişinə sadiqdir
İki cərrah məsuliyyətə cəlb olunub - VİDEO
22:27 05.10.2026
İki cərrah məsuliyyətə cəlb olunub - VİDEO
"Euronews": "Formula 1" Bakının turizm təqviminin əsas hadisələrindən biri olub
22:19 05.10.2026
"Euronews": "Formula 1" Bakının turizm təqviminin əsas hadisələrindən biri olub
Nigeriyada göyərtəsində onlarla insanın olduğu gəmi batıb
22:12 05.10.2026
Nigeriyada göyərtəsində onlarla insanın olduğu gəmi batıb
Ermənistan və Türkiyə Gümrü-Qars elektrik ötürücü xəttinin işinin bərpasını müzakirə edib
22:07 05.10.2026
Ermənistan və Türkiyə Gümrü-Qars elektrik ötürücü xəttinin işinin bərpasını müzakirə edib
Merz: Yaxın Şərqdə münaqişənin həllindən danışmaq hələ tezdir
22:00 05.10.2026
Merz: Yaxın Şərqdə münaqişənin həllindən danışmaq hələ tezdir