“Hamımız azərbaycanlıyıq” deyəkmi? - KÖŞƏ

“Hamımız azərbaycanlıyıq” deyəkmi? - KÖŞƏ
KÖŞƏ
14:52 31.01.2012
1747
APA-nın baş direktoru Vüsalə Mahirqızının Türkiyənin “Hürriyyət” qəzetində yazısı yayımlanıb.Yazı Fransa Senatında soyqırımı inkar edənləri cəzalandırma qanununun qəbulundan sonra Türkiyənin bəzi KİV-ində Azərbaycan əleyhinə yazılanlara cavabdır. Həmçinin Xocalı soyqırımının 20 illiyinin Türkiyədə qeyd edilməsi ilə bağlı səslənişdir.AZXEBER.COM həmin yazını təqdim edir.Fransanın soyqırımı inkar edənləri cəzalandırma qanunu Azərbaycanda da böyük etiraza səbəb oldu. Azərbaycan Xarici İşlər Nazirliyi, Prezident Aparatı, müxalifəti, qeyri-hökumət təşkilatları, mediası ilə bu məsələyə öz münasibətini bildirdi. Xoş, Türkiyədə yenə də birilərini məmnun eləyə bilmədik. Amma bizim heç belə dərdimiz də yox idi...Biz Türkiyə qədər Azərbaycanı da yaralamış, azadlığa və ədalətə qarşı olan bu qanunun qəbul edilməsinə etirazımızı ortaya qoyduq. Hələ-hələ bizi həmişə azadlıqları boğmaqda ittiham edən Fransa rəsmilərinə, parlamentinə və bu qərara səssiz qalan ziyalılarına üzüldüyümüzü çatdırmaq istədik. Hər halda bir az da bacara bildik.Biz haqsızlığın, ədalətin ayaq altına atılmasının nə demək olduğunu çox yaxşı bilirik. Çünki torpaq itirən, yurdu yağmalanan, yavruları erməni gülləsiylə qətl edilmiş millətik biz. Ona görə də Fransa Senatının ermənilərə dəstək olan bu qanununu həm də özümüzə təhqir hesab edirik.Biz də hayqırmaq, 20 ildir ki, dünyanın görmədiyi həqiqətimizi çatdırmaq istəyirik. Onu ən yaxınımızdakı İstanbulun küçələrində “hamımız erməniyik” qışqırıb yürüş edənlərin duymasını arzulayırıq.Fransızdan, almandan, çinlidən öncə türkün və Türkiyənin bizim həqiqətimizi görməsini, bilməsini istəyirik.Təxminən bir ay sonra Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində törədilmiş soyqırımdan 20 il ötür. 20 il öncə bir neçə saat içində bir şəhər yer üzündən silindi. Ermənilərdən qaçan 2500 dinc sakindən 613-ü düşmən gülləsiylə qətl edildi, 63-ü uşaq, 106-sı qadın, 70-i qocaydı. Bir saat içində 8 ailə yox oldu. 487 nəfər düşmən gülləsindən yaralandı, 76-sı uşaqdı, 1275 nəfər əsir alındı, 150 nəfərin öldü-qaldısından hələ də xəbər yoxdu... Və bu vəhşət 20 il öncə dünyanın gözü önündə yaşandı. Heç kimsədən səs çıxmadı... Azərbaycan tək sinəyə çəkdi bu yaşananları, hələ də davam edir bu əzablar...Bir ay sonra bütün dünyaya türkün necə soyqırım edildiyini göstərəcəyimiz tarixdi. İstanbul küçələrində yüz minlərin Xocalı qətliamını əks etdirən şəkillərlə yürüyüb dünyaya 20 il əvvəl olanları hayqırmaq imkanı var. Nə deyirsiniz, İstanbul küçələrində “hamımız azərbaycanlıyıq” çağıraqmı? “Türkiyənin vicdanı”nı bir də bu yandan göstərəkmi dünyaya?Tarixin ən böyük, ən gözəl qardaşlıq hekayəsi olan Türkiyə və Azərbaycan birliyini başda Fransa olmaqla Avropanın üzünə hayqıraqmı?Bunu indi etməyəcəyik də nə zaman edəcəyik?“Hamımız azərbaycanlıyıq” deyəkmi?
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
16:42 18.10.2026
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:35 18.10.2026
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
16:21 18.10.2026
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
16:06 18.10.2026
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:04 18.10.2026
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
15:57 18.10.2026
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
15:50 18.10.2026
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
15:45 18.10.2026
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
15:40 18.10.2026
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
Bu ölkədə güclü zəlzələ oldu
15:33 18.10.2026
Bu ölkədə güclü zəlzələ oldu
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
15:25 18.10.2026
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
15:17 18.10.2026
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
15:09 18.10.2026
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
15:03 18.10.2026
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
14:55 18.10.2026
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
Almaniyada hava limanında qəza olub
14:48 18.10.2026
Almaniyada hava limanında qəza olub