"Hamısı yanıb gedib" - Qubalı fermerlər çıxılmaz vəziyyətdə qalıblar - VİDEO

"Hamısı yanıb gedib" - Qubalı fermerlər çıxılmaz vəziyyətdə qalıblar - VİDEO
SOSİAL
23:15 02.06.2026
164
Aprel-may aylarında havaların qeyri-sabit keçməsi və leysan yağışlar Quba rayonundakı bir sıra gilas bağlarına ciddi ziyan vurub.
Yetişməkdə olan məhsulun böyük hissəsi ağacların üzərində məhv olub.

AZXEBER.COM xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.

"Dərmana, qulluğa xeyli xərc çəkmişik, zəhmət sərf etmişik. Amma həm zəhmətimiz, həm də pulumuz batır. Ortada nəticə yoxdur. Əvvəllər bir ağacdan 100-120 kiloqram gilas yığırdıq. İndiki vəziyyətdə isə bu ağacdan heç 15-20 kiloqram məhsul götürmək mümkün deyil", - deyə fermerlərdən biri bildirib.

"İstər yerli, istərsə də xarici sortlar olsun, demək olar ki, heç birində məhsul yoxdur. May gilası artıq tarixə qovuşub. Elə fermerlər var ki, kredit götürüblər, bağların becərilməsi, dərmanlanması, gübrələnməsi və digər qulluq işləri üçün əlavə vəsait tapmaqda çətinlik çəkirlər. Bu vəziyyətdə kreditlərini ödəmələri də mümkün görünmür. Təkcə mənim zərərim ən azı 20 min manatdır. Bağlarımızı sığortalamamışıq. Belə davam etsə, gələcəkdə sığorta etdirməkdən başqa çıxış yolu qalmayacaq", - deyə digər fermer qeyd edib.

Mütəxəssislər isə fermerlərə mümkün risklərin qarşısını almaq üçün bağlarını vaxtında sığortalamağı tövsiyə edirlər.

OXŞAR XƏBƏRLƏR