Hansı deputatın kredit borcu var?

Hansı deputatın kredit borcu var?
SOSİAL
14:54 05.04.2017
8459
Ekspertlər bildirirlər ki, Azərbaycanda hər 4 nəfərdən birinin banka kredit borcu var. Bu sırada az qala hər təbəqədən olan insanlar var. Elə deputatlar da... Milli Məclisdə keçirilən müzakirələr zamanı millət vəkillərinin əksəriyyəti vaxtaşırı bankları tənqid edərək, kreditlərin faiz dərəcələrinin yüksək olmasından şikayətlənirlər.

Deputatlar dəfələrlə bu məsələni parlament tribunasından da səsləndiriblər. Bəs Milli Məclisin üzvlərindən kimlərin kredit borcu var? 

AZXEBER.COM xəbər verir ki, Modern.az bir neçə nəfər deputat ilə əlaqə saxlayıb.

Tahir Kərimli deyib ki, uzun illərdir ki, banka kredit borcu var: "Mənim hazırda 11-12 min dollar kredit borcum qalıb. Ümid edirəm ki, qalmış borcumu ödəyəcəyəm”.

Çingiz Qənizadənin hazırda kredit borcu yoxdur: "Əvvəllər kredit götürmüşəm və onu bağlamışam. Amma hər zaman kredit götürməkdən qorxmuşam. İndiki kredit borcu olanların da halına çox acıyıram. Xüsusilə də dollarla kredit götürmüş insanların. 

Belə demək mümkünsə, banklar öz əhalimizi kredit əməliyyatları altında soyurlar. Bu gün bir yazı ilə tanış oldum. 

Orada yazılmışdı ki, bir şəxs 3 min dollar kredit götürüb, sonra fazini 15-16 min manata yaxın ödəməyə məcbur olub. Bu çox acı bir xəbər idi. Şükür ki, mənim kredit borcum yoxdur. Olanlara da arzu edirəm ki, Allah o kreditləri bağlamaq üçün onlara ruzi yetirsin”.

Vahid Əhmədov kredit götürməyi düşünmədiyini qeyd edib: "Heç vaxt kredit götürməmişəm. Götürmək fikrim də yoxdur. Kredit götürməyi də məqbul saymıram. Kredit borcdur, qaytarmalısan”.

Rüstəm Xəlilov da heç vaxt kredit götürmədiyini bildirib: "Mən, ümumiyyətlə, kredit götürməmişəm”.

Elman Məmmədovun da hazırda kredit borcu yoxdur: "Mən əvvəllər kredit götürmüşəm. Onu da avtomobil almaq üçün istifadə etmişəm. Artıq həmin kredit borcumu ödəmişəm. Hazırda isə kredit borcum yoxdur”.

Məlahət İbrahimqızı deyir ki, o da heç vaxt kredit götürməyib: "Çünki kredit götürməyi xoşlamıram. Mənim həmişə gücüm nəyə çatırsa, onu edirəm. Gücüm çatmayan işin isə altına girmirəm. İnsan heç vaxt gücü çatmayan işi etməməlidir. 

Baxmayaraq ki, deputatların maaşı mövcud maaşlara nisbətən yüksəkdir. Amma bu gün kredit götürdüm, sonra başıma bir iş gəldi, onu ödəyə bilmədim... 

Mənim düşüncəmə görə, heç kəs deyə bilməz ki, sabah nə olacaq. Bəzən insanlar fikirləşir ki, bunu edim və bir aydan sonra yüz min qazanacağam. 

Amma çox az adamlar düşünür ki, bəlkə bir aydan sonra yüz min ziyana düşəcəyəm. Ona görə də, mənim heç vaxt kredit götürməklə aram yoxdu. Nəyisə almağa pulum çatırsa, onu da alıram”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı YENİ TƏKLİF - VİDEO
21:45 19.04.2026
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı YENİ TƏKLİF - VİDEO
İRNA: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib
21:43 19.04.2026
İRNA: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib
Kiyev Türkiyədən Zelenski - Putin görüşünü təşkil etməsini istəyib
21:39 19.04.2026
Kiyev Türkiyədən Zelenski - Putin görüşünü təşkil etməsini istəyib
Cəlilabadda ağır qəzada xəsarət alanlardan biri evə buraxıldı
21:12 19.04.2026
Cəlilabadda ağır qəzada xəsarət alanlardan biri evə buraxıldı
Pula-pul deməyəcək 3 bürc - Gəlirli fürsətlər olacaq
20:55 19.04.2026
Pula-pul deməyəcək 3 bürc - Gəlirli fürsətlər olacaq
"Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT - VİDEO
20:42 19.04.2026
"Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT - VİDEO
İran ABŞ ilə danışıqları bərpa etmək üçün şərtini açıqlayıb
20:18 19.04.2026
İran ABŞ ilə danışıqları bərpa etmək üçün şərtini açıqlayıb
Daha bir qrup ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gətirildi
20:07 19.04.2026
Daha bir qrup ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gətirildi
ADNSU-da keçirilən Respublika Fənn Olimpiadasının final mərhələsi başa çatıb
19:53 19.04.2026
ADNSU-da keçirilən Respublika Fənn Olimpiadasının final mərhələsi başa çatıb
“Son qərar Tramp tərəfindən veriləcək”
19:39 19.04.2026
“Son qərar Tramp tərəfindən veriləcək”
Ordudan yeni tərxis olunan gəncin meyiti tapıldı
19:19 19.04.2026
Ordudan yeni tərxis olunan gəncin meyiti tapıldı
Şimali Koreya dənizə doğru bir neçə ballistik raket buraxıb
19:08 19.04.2026
Şimali Koreya dənizə doğru bir neçə ballistik raket buraxıb
Lənkəranda təmir sexində baş vermiş PARTLAYIŞDA xəsarət alan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI
18:50 19.04.2026
Lənkəranda təmir sexində baş vermiş PARTLAYIŞDA xəsarət alan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
18:42 19.04.2026
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Lənkəranda avtomobil təmiri sexində partlayış olub
18:26 19.04.2026
Lənkəranda avtomobil təmiri sexində partlayış olub
Gəncədə iki avtomobil toqquşub: Üç nəfər xəsarət alıb
18:13 19.04.2026
Gəncədə iki avtomobil toqquşub: Üç nəfər xəsarət alıb