Hantavirusla bağlı Avropanın daha bir ölkəsində karantin

Hantavirusla bağlı Avropanın daha bir ölkəsində karantin
11:24 11.05.2026
690
Polşada bir nəfər hantavirusa yoluxma şübhəsi ilə sanitar nəzarət altına alınıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə "RMF FM" radiosu respublikanın baş sanitar müfəttişinə istinadən məlumat verib.

"Səbəb hantavirusun aşkarlanandığı kruiz gəmisindəki sərnişinlə mümkün təmasdır", - deyə məlumatda bildirilib.

Müşahidə altında olan şəxsdə xəstəliyin heç bir əlaməti aşkarlanmasa da, mütəxəssislər yeddi günlük karantin tətbiq ediblər.

Bundan öncə Fransa hökuməti hantavirus aşkarlanan şəxslərlə təmasda olmuş səkkiz nəfəri karantinə yerləşdirmişdi.
 
 
\oxu.az
OXŞAR XƏBƏRLƏR