Harvard, Oxford, Stanford... – Bu il neçə azərbaycanlı bu universitetlərdə təhsil alacaq?

Harvard, Oxford, Stanford... – Bu il neçə azərbaycanlı bu universitetlərdə təhsil alacaq?
SOSİAL
16:31 13.08.2026
225
2026/2027-ci tədris ili üzrə 500 azərbaycanlı gənc Dövlət Proqramı çərçivəsində dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.

Bu barədə AZXEBER.COM-un sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib.

Proqram iştirakçıları arasında dünyanın aparıcı universitetlərinə qəbul olunan azərbaycanlı gənclər də var.

Belə ki, bu il 3 azərbaycanlı tələbə Harvard Universitetində, 7 tələbə Oksford Universitetində, 3 tələbə isə Stanford Universitetində təhsil alacaq.

Ümumilikdə isə dünyanın ən nüfuzlu ali məktəbləri sırasında yer alan bu üç universitetdə 13 azərbaycanlı gənc Dövlət Proqramı çərçivəsində təhsilini davam etdirəcək. Onlardan 11-i magistratura, 2-si isə doktorantura səviyyəsində oxuyacaq.

Qeyd edək ki, Dövlət Proqramı Azərbaycan vətəndaşlarının dünyanın aparıcı ali məktəblərində ixtisaslaşmasına imkan yaradan əsas dövlət layihələrindən biridir.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR