Bir vaxtlar Türkiyə Super Liqasının bombardiri olmuş Qabonlu oyunçu Aaron Bupendsa vəfat edib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Rumıniya mətbuatı futbolçunun Çində bir binanın 11-ci mərtəbəsindən yıxılaraq həyatını itirdiyini bildirib.
Aaron Boupendza xüsusilə "Hatayspor"dakı uğurlu kariyerası ilə adını futbol dünyasında tanıtmışdı.
Qabonlu milli futbolçu istedadı və vurduğu qollarla diqqət çəkmişdi.
Aysel