Oktyabrın 21-də əsasən dağlıq və dağətəyi rayonlarda, 22-23-də isə bəzi ərazilərdə fasilələrlə yağış yağacağı gözlənilir.
AZXEBER.COM xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, ayrı-ayrı ərazilərdə yağışın qısamüddətli leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı ehtimal edilir. Oktyabrın 22-də bəzi yerlərdə yağıntıların güclənəcəyi gözlənilir.
Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük Qafqazın və Naxçıvan Muxtar Respublikasının bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.











































