Havalar soyuyur, kombilər işə düşür – Ekspertdən xəbərdarlıq

Havalar soyuyur, kombilər işə düşür – Ekspertdən xəbərdarlıq
SOSİAL
14:34 06.10.2026
195

Havaların soyuması ilə evlərdə kombilər yenidən işə salınır. Xüsusilə uzun müddət istifadə olunmayan kombilərin qış mövsümündən əvvəl yoxlanılması təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyır. 

Bir çox vətəndaş kombini heç bir texniki baxışdan keçirmədən birbaşa işə salır. Lakin cihazda yaranmış nasazlıqlar, qaz və tüstü bacalarında problemlər, eləcə də düzgün havalandırmanın olmaması ciddi təhlükələrə səbəb ola bilər. 

Bəs kombidən istifadə etməzdən əvvəl hansı təhlükəsizlik tədbirləri görülməlidir? Texniki baxışdan keçirilməyən kombi hansı risklər yarada bilər? 

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan təhlükəsizlik üzrə ekspert Orxan Musayev bildirib ki, qış mövsümündə kombi və digər qaz cihazlarından istifadə zamanı tüstü bacalarının vəziyyətinə xüsusi diqqət yetirilməlidir: 

"Yay fəslinin başa çatması ilə havalar soyumağa başlayır. Bununla da insanlar evlərində istilik sistemlərini işə salırlar. Sobalardan, kombilərdən və digər qaz qurğularından istifadə yenidən gündəlik həyatımıza daxil olur. Amma çox vaxt diqqətdən kənarda qalan və insan həyatı üçün birbaşa təhlükəyə çevrilə bilən məsələ var. Bu da tüstü bacalarının vəziyyətidir. Tüstü bacaları evdə yaranan qaz və tüstünün xaric olunmasını təmin edən mühüm sistemdir. Düzgün işləməyən baca isə insan həyatı üçün ciddi təhlükə yarada bilər. Dəm qazı zəhərlənmələrinin və digər faciələrin səbəblərindən biri də məhz tüstü bacalarında yaranan problemlərdir. Təəssüf ki, ölkəmizdə hər il qış mövsümündə dəm qazı ilə bağlı zəhərlənmə halları baş verir. Bu hadisələrin bir qismi ağır nəticələnir. Baş verən hadisələrin əsas səbəbləri arasında bacaların vaxtında təmizlənməməsi, qaz cihazlarının texniki nasazlığı və havalandırma sistemlərində yaranan problemlər xüsusi yer tutur. Bir çox fərdi evlərdə tüstü bacaları illərlə təmizlənmir. Çoxmənzilli binalarda isə tüstü bacalarının və ventilyasiya sistemlərinin texniki vəziyyətinə nəzarət kommunal xidmətlərin və binaları idarə edən qurumların məsuliyyətində olsa da, bu işlər heç də hər zaman lazımi səviyyədə həyata keçirilmir”. 

Ekspert qeyd edib ki, köhnə və uzun müddət təmizlənməyən bacalar xüsusi təhlükə mənbəyinə çevrilə bilər: 

"Problemlərin ən böyüklərindən biri bacaların köhnəlməsidir. Sovet dövründə tikilmiş binalarda və köhnə fərdi evlərdə illərlə təmizlənməyən tüstü bacaları artıq yararsız vəziyyətə düşə bilər. Çatlar, qopmalar, tutulmuş kanallar və digər nasazlıqlar dəm qazının yaşayış sahəsinə daxil olmasına səbəb ola bilər. 

Digər problem isə insanların bacalara özlərinin müdaxilə etməsidir. Çox vaxt ev sahibləri bacaları özləri açmağa və təmizləməyə çalışırlar. Lakin bu, təhlükəni aradan qaldırmaya, əksinə, daha da artıra bilər. Çünki düzgün təmizlənməyən və ya zədələnən baca vasitəsilə qazın və tüstünün evə sızması mümkündür. Bu işlərin ixtisaslaşmış şəxslər tərəfindən həyata keçirilməsi daha məqsədəuyğundur. Burada mühüm suallardan biri də budur: tüstü bacalarını kim təmizləməlidir və insanlar bununla bağlı hara müraciət etməlidirlər? Fərdi evlərdə bacaların saz vəziyyətdə saxlanılması ilə bağlı məsuliyyət ev sahibinin üzərinə düşür. Çoxmənzilli binalarda isə bu məsələyə bina üzrə məsul qurumlar və idarəedici strukturlar tərəfindən nəzarət edilməlidir. Lakin real vəziyyətdə vətəndaşların bir qisminin hara müraciət etməli olduğunu bilməməsi də problemdir”. 

O. Musayevin sözlərinə görə, tüstü bacalarının təmizlənməsi ilə bağlı vahid xidmət mexanizminin yaradılması təhlükəsizliyin təmin olunmasına kömək edə bilər: 

"Bu sahədə dövlət səviyyəsində vahid qayda və vahid xidmət sisteminin yaradılmasına ehtiyac var. Bacaların təmizlənməsi və texniki yoxlanılması yalnız ixtisaslaşmış xidmətlər tərəfindən həyata keçirilməlidir. Vətəndaş dəqiq bilməlidir ki, tüstü bacası ilə bağlı problem yarananda hara müraciət etməlidir. Belə bir sistem yaradılarsa, həm məsuliyyət dağınıqlığının qarşısı alınar, həm də göstərilən xidmətin keyfiyyətinə nəzarət etmək mümkün olar. Dövlət də bacaların vəziyyətinə daha effektiv nəzarət edə bilər. 

Bu, ölkədə dəm qazı zəhərlənmələrinin qarşısının alınması istiqamətində mühüm addımlardan biri ola bilər”. 

Ekspert dəm qazı detektorlarının istifadəsinin də təhlükəsizlik baxımından əhəmiyyətli olduğunu vurğulayıb: 

"Beynəlxalq təcrübədə geniş istifadə olunan dəm qazı detektorlarının da xüsusi əhəmiyyəti var. Dəm qazı detektoru kiçik və sadə cihazdır. Batareya ilə işləyir və təhlükə yarandıqda səs siqnalı verir. Bu zaman insan təhlükədən vaxtında xəbər tutaraq lazımi tədbirləri görə bilər. Bir sıra ölkələrdə qaz cihazlarından istifadə olunan yaşayış sahələrində belə detektorların quraşdırılması təhlükəsizlik tədbirlərindən biri kimi tətbiq edilir. Təəssüf ki, Azərbaycanda bu cihazlardan istifadə hələ geniş yayılmayıb. Halbuki dəm qazı detektorlarının istifadəsi zəhərlənmə hallarının vaxtında aşkarlanmasına və insanların təhlükəli vəziyyətdən çıxmasına kömək edə bilər. Bir daha qeyd edim ki, bacaların təmizliyi və təhlükəsizliyi sadəcə texniki məsələ deyil. Bu, birbaşa insan həyatı ilə bağlı məsələdir. Hər il ölkəmizdə baş verən dəm qazı faciələrinin qarşısını almaq mümkündür. Bunun üçün hər birimiz məsuliyyətli olmalı, qaz cihazlarının, kombilərin və tüstü bacalarının vaxtında yoxlanılmasına, texniki baxışdan keçirilməsinə və təhlükəsizlik qaydalarına əməl edilməsinə diqqət yetirməliyik”.

Fəridə Əsədzadə

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"
16:13 06.10.2026
"İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"
Azercell-in baş icraçı direktoru Dima Əl-Yəhya ilə görüşüb
16:10 06.10.2026
Azercell-in baş icraçı direktoru Dima Əl-Yəhya ilə görüşüb
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanladı
15:55 06.10.2026
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanladı
“İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO
15:33 06.10.2026
“İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO
Sedasiya uşaqlar üçün təhlükəlidirmi? – Stomatoloq risklərdən danışdı
15:18 06.10.2026
Sedasiya uşaqlar üçün təhlükəlidirmi? – Stomatoloq risklərdən danışdı
Universitetlər şəhərdən köçürülsə, tıxaclar azalacaq? – VİDEOSORĞU
15:14 06.10.2026
Universitetlər şəhərdən köçürülsə, tıxaclar azalacaq? – VİDEOSORĞU
“Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir”
15:12 06.10.2026
“Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir”
Ermənistan-Türkiyə sərhədi açılır? – Politoloqdan AÇIQLAMA
15:08 06.10.2026
Ermənistan-Türkiyə sərhədi açılır? – Politoloqdan AÇIQLAMA
Birbank “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb
14:59 06.10.2026
Birbank “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb
Avropa Parlamentində Fransaya sərt ittiham: “Uşaqlar şikəst edilir”
14:57 06.10.2026
Avropa Parlamentində Fransaya sərt ittiham: “Uşaqlar şikəst edilir”
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırdı
14:50 06.10.2026
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırdı
Dünya ölkələrinin parlamentlərində baş verən davalar - SİYAHI
14:44 06.10.2026
Dünya ölkələrinin parlamentlərində baş verən davalar - SİYAHI
Yaş artdıqca evlənmək istəyi niyə azalır?
14:37 06.10.2026
Yaş artdıqca evlənmək istəyi niyə azalır?
Bu qidalar depressiya riskini artıra bilər – Alimlərdən xəbərdarlıq
14:34 06.10.2026
Bu qidalar depressiya riskini artıra bilər – Alimlərdən xəbərdarlıq
Havalar soyuyur, kombilər işə düşür – Ekspertdən xəbərdarlıq
14:34 06.10.2026
Havalar soyuyur, kombilər işə düşür – Ekspertdən xəbərdarlıq
Sosial şəbəkələr insanların özünəinamına necə təsir edir?
14:12 06.10.2026
Sosial şəbəkələr insanların özünəinamına necə təsir edir?