Hazırlığa getmədən 300 bal topladı - Fotolar

Hazırlığa getmədən 300 bal topladı - Fotolar
SOSİAL
00:32 09.05.2026
689
Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 12-də keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb və 8 nəfər maksimum nəticə göstərib.

AZXEBER.COM xəbər verir ki, həmin şagirdlərdən bəziləri sevincini "Qafqazinfo” ilə bölüşüb.

 


Bakı şəhəri, Akademik Z.Əliyeva adına liseyin şagirdi Ramal Adıgözəlli bildirib ki, o imtahana məsuliyyətlə hazırlaşıb.

"Əlbəttə İmtahan asan deyildi. Lakin zəhmətim nəticəsində yüksək nailiyyət əldə etdim. Hər şagird özündə bu gücü tapsa, bunun öhdəsindən gələ bilər. Əvvəlki uğurlarımı və əziyyətimi nəzərə alaraq yüksək nəticə gözləyirdim. Mənə görə, ilk uğurum BDU-nin nəzdində "Gənc İstedadlar Liseyinə” qəbul olmağım və universitet tərəfindən fəxri fərmanla təltif edilməyim idi. Mən həm də  Akademik Zərifə Əliyeva adına liseyin 9-cu sinfinə qəbul imtahanında maksimum nəticə göstərərək ilk yeri qazanmışdım. Bundan əlavə riyaziyyat üzrə müxtəlif Beynəlxalq olimpiadalarda qızıl və gümüş medallara layiq görülmüşəm. Gələcək planım hüquq sahəsində uğurlu mütəxəssis olmaqdır”, - deyə Ramal əlavə edib.

 


Bakı şəhəri, Akademik Z.Əliyeva adına lisey digər yüksəknəticəli şagirdi Denis Tişakov da yüksək nəticənin sirrini imtahanlara ciddi və məsuliyyətlə hazırlaşmaqda görür.

"Müəllimlərimin böyük dəstəyi, onların verdiyi bilik və motivasiya sayəsində özümü imtahana tam hazır hiss edirdim. Mövzuları müntəzəm şəkildə təkrar edir, hər bir fənn üzrə biliklərimi daha da möhkəmləndirməyə çalışırdım. İmtahan mənim üçün çox çətin olmadı, çünki hazırlıq prosesində bütün mövzular üzərində diqqətlə çalışmışdım. Qarşıma məqsəd olaraq yüksək nəticə qoymuşdum və bu nəticəni əldə edəcəyimə inanırdım. Buna görə də 300 bal toplamağı həm gözləyir, həm də buna ümid edirdim. Bu il informatika üzrə Respublika Fənn Olimpiadasında üçüncü yer tutaraq bürünc medal qazanmışam. Bu nailiyyət mənim üçün böyük sevinc və motivasiya mənbəyi oldu. Gələcəkdə əsas məqsədim informatika və proqramlaşdırma sahəsində bilik və bacarıqlarımı daha da inkişaf etdirməkdir. Növbəti Respublika Fənn Olimpiadasında qızıl medal qazanmaq və 11-ci sinif buraxılış imtahanında yüksək nəticə əldə etmək üçün əzmlə çalışıram”, - deyə o vurğulayıb.

Bakı şəhəri, Fizika,riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Aydan Gülalıyeva isə sevincini belə ifadə edib:

 


"İmtahana özümün günlük hazırladığım planlar əsasında hazırlaşırdım. İmtahan mənə görə çətin deyildi, sadəcə diqqət tələb edən suallar var idi. Özümdən bu nəticəni gözləyirdim, çünki özümə güvənirdim. Gələcəkdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında hüquqşünaslıq ixtisası üzrə təhsil almaq istəyirəm”.

 


Bakı şəhəri Akademik Zərifə Əliyeva adına liseyin şagirdi Elmir Ağamalı isə məktəbdə həmişə əlaçı olduğunu vurğulayıb:

"Bütün fənləri eyni səviyyədə oxuyuram və həmişə əlaçı olmuşam. Liseyə qəbul olduqdan sonra dərslərimə daha böyük həvəslə yanaşmağa başladım. Mən Respublika Fənn Olimpiadalarının (RFO) finalçısı, eyni zamanda SAMSO beynəlxalq riyaziyyat olimpiadasının gümüş medalçısıyam”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şəhidin qardaşı Prezidentə təşəkkür etdi
22:38 25.06.2026
Şəhidin qardaşı Prezidentə təşəkkür etdi
Ağstafada qaz olmayacaq
22:36 25.06.2026
Ağstafada qaz olmayacaq
Ağbənd buraxılış məntəqəsi nə vaxt istifadəyə veriləcək? – Şahin Bağırov cavabladı
22:23 25.06.2026
Ağbənd buraxılış məntəqəsi nə vaxt istifadəyə veriləcək? – Şahin Bağırov cavabladı
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
22:20 25.06.2026
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA
22:13 25.06.2026
Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi
22:07 25.06.2026
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi
Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO
21:55 25.06.2026
Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO
Venesuelanı silkələyən fəlakət: Ölənlərin sayı 200-ə yaxınlaşır
21:45 25.06.2026
Venesuelanı silkələyən fəlakət: Ölənlərin sayı 200-ə yaxınlaşır
Dəyişkən iş qrafiki tıxac problemini həll edəcək? - VACİB AÇIQLAMA
21:42 25.06.2026
Dəyişkən iş qrafiki tıxac problemini həll edəcək? - VACİB AÇIQLAMA
İtkin şəhid İbrahim Vəlizadə “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
21:33 25.06.2026
İtkin şəhid İbrahim Vəlizadə “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
21:29 25.06.2026
Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə - VİDEO
21:26 25.06.2026
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə - VİDEO
Sahibə Qafarova Afrika Qrupu nümayəndələri ilə görüşdü
21:14 25.06.2026
Sahibə Qafarova Afrika Qrupu nümayəndələri ilə görüşdü
Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı
21:10 25.06.2026
Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı
Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
21:02 25.06.2026
Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ
20:55 25.06.2026
Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ