Həbsdə tanış olan üç nəfər Oğuzda oğurluq ediblər

Həbsdə tanış olan üç nəfər Oğuzda oğurluq ediblər
KRİMİNAL
20:44 28.10.2022
951
Cəzaçəkmə müəssisəsində tanış olan üç nəfər keçmiş məhkum Oğuz rayonunda oğurluq ediblər.

Bu barədə AZXEBER.COM-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Belə ki, rayonun Bucaq kəndi ərazisində yerləşən evlərin birindən televizor, mağazadan tütün məmulatları və pul oğurlanıb, eləcə də bir ünvandan oğurluğa cəhd olunub.

Naməlum şəxslər daha sonra kənd sakininə məxsus "Mercedes-Benz” markalı avtomobili qaçırıblar.

Polis əməkdaşları tərəfindən hadisə yerlərinə baxış keçirilib və cinayət hadisələrini törədən şəxslərin kimliyi müəyyən olunub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları etməkdə şübhəli bilinən üç nəfər, əvvəllər də dəfələrlə eyni əmələ görə məhkum olunmuşlar - Elbrus Həsənov, Araz Hüseynov və Hümmət Məmmədov saxlanılıblar. Araşdırma zamanı məlum olub ki, oğurluq məqsədilə Bakı şəhərindən Oğuza gələn dostlar burada niyyətlərini həyata keçirdikdən sonra "Mercedes-Benz” markalı avtomobili qaçıraraq Bakı şəhərinə gediblər. Onların qaçırdıqları nəqliyyat vasitəsinin yeri paytaxtda müəyyən olunaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, saxlanılan şəxslər müxtəlif cinayətlər etdikləri üçün əvvəllər məhkum ediliblər və cəzaçəkmə müəssisəsində tanış olublar. Azadlığa çıxandan sonra isə yenidən birlikdə oğurluqlar ediblər.

Faktla bağlı polis şöbəsində cinayət işi başlanılıb, hər üç şəxsin digər cinayətlərdə iştirakının olub-olmamasının müəyyən edilməsi məqsədilə zəruri istintaq hərəkətləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KİV: Tramp administrasiyası Rusiyaya böyük güzəştlər etməyə hazırdır
03:33 11.10.2026
KİV: Tramp administrasiyası Rusiyaya böyük güzəştlər etməyə hazırdır
Tayvan Prezidenti Çinlə münasibətlər barədə bəyanat verib
03:16 11.10.2026
Tayvan Prezidenti Çinlə münasibətlər barədə bəyanat verib
Ölən qızı 11 ay əvvəl boşanıbmış
03:00 11.10.2026
Ölən qızı 11 ay əvvəl boşanıbmış
ABŞ Kiyevi kəşfiyyat məlumatlarını kəsməklə hədələdi
02:46 11.10.2026
ABŞ Kiyevi kəşfiyyat məlumatlarını kəsməklə hədələdi
Hindistanda "Tarakanlar Partiyası" etiraz keçirdi: Beş mindən çox saxlanan var
02:30 11.10.2026
Hindistanda "Tarakanlar Partiyası" etiraz keçirdi: Beş mindən çox saxlanan var
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ
02:18 11.10.2026
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
02:06 11.10.2026
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
Pakistan-Əfqanıstan sərhədində toqquşma oldu
01:50 11.10.2026
Pakistan-Əfqanıstan sərhədində toqquşma oldu
İranın cənub-şərqində partlayış oldu - Yüksək rütbəli polis zabiti öldü
01:36 11.10.2026
İranın cənub-şərqində partlayış oldu - Yüksək rütbəli polis zabiti öldü
01:25 11.10.2026
''Uşaqların geyimini zərərli mübahisəyə çevirmək cəhdləri var'' - Bahar Muradova
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
01:15 11.10.2026
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
01:13 11.10.2026
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
01:03 11.10.2026
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
00:50 11.10.2026
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
00:40 11.10.2026
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı
00:30 11.10.2026
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı