Həbsxanada olan Aqil M.Quliyev efirdə danışdı - VİDEO

Həbsxanada olan Aqil M.Quliyev efirdə danışdı - VİDEO
MAQAZİN
11:28 30.04.2013
4637

Keçən həftə məhkəmə zalında həbs edilərək cəzasını çəkmək üçün Kürdəxanı həbsxanasına göndərilən rejissor Aqil M.Quliyev həbsindən 4 gün sonra, şənbə günü efirdə olub.Rejissor yaxın dostu müğənni Nura Suri ilə birlikdə ATV-nin "Necə varsa" proqramının qonağı olub. Müğənni Samir Piriyevin aparıcısı olduğu verilişin həmin buraxılışında meyxanaçı Namiq Qaraçuxurlu və idmançı Kamil də qonaq olublar. Aqil M.Quliyevin həbsindən xəbərdar olan tamaşaçılar rejissorun həbsxanadan azad olunduğunu düşünüblər. Əslində isə həmin verlişin çəkilişi Aqil.M.Quliyevin həbsindən bir neçə gün öncə olub.

Xatırladaq ki, Aqil M.Quliyev Xətai rayon məhkəməsinin qərarı ilə 23 aprel 2013 tarixində 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Rejissor məhkəmə zalında həbs olunub və cəzacəkmə müəssisəsinə göndərilib. O, Mariana Turabovanın şikayəti əsasında həbs edilib.

Marianna Turabova hüquq-mühafizə orqanlarına müraciət edərək, Aqil M. Quliyevin ona 150 min manat borcu olduğunu, lakin pulu geri qaytarmadığını bildirib. Bundan sonra araşdırma aparılıb və iddiaçının şikayəti təmin edilib. Məhkəmə həmin pulun Aqil M.Quliyevdən tutularaq şikayətçiyə qaytarılması barədə qərar qəbul etsə də, cavabdeh tərəf bu qərarı icra etməyib. Qərar icra olunmadığından Cinayət Məcəlləsinin 306.1-ci (qanuni qüvvəyə minmiş məhkəmə qərarını qərəzli olaraq icra etməmə) maddəsi ilə cinayət işi başlanılıb, nəticədə rejissor həbs olunub.

Hazırda həbsdə olan rejissor Aqil M. Quliyevin barəsində hökmdən apellyasiya şikayəti verilib. Şikayət Bakı Apellyasiya Məhkəməsinə təqdim olunub. Yaxın günlərdə apellyasiya şikayəti əsasında məhkəmə başlayacaq.//anspress

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dənizdə batan Zeynəbdən bir aydır xəbər yoxdur
16:01 06.08.2026
Dənizdə batan Zeynəbdən bir aydır xəbər yoxdur
Ekspres avtobusların qiyməti ilə bağlı nazir müavinindən CAVAB
15:58 06.08.2026
Ekspres avtobusların qiyməti ilə bağlı nazir müavinindən CAVAB
Məleykə Abbaszadə ixtisas seçimi ilə bağlı danışdı - Yaxın günlərdə...
15:33 06.08.2026
Məleykə Abbaszadə ixtisas seçimi ilə bağlı danışdı - Yaxın günlərdə...
Ceyhun Bayramov Ukrayna XİN-də Azərbaycan və Qafqaza dair arxiv sənədlərlə tanış olub
15:22 06.08.2026
Ceyhun Bayramov Ukrayna XİN-də Azərbaycan və Qafqaza dair arxiv sənədlərlə tanış olub
İctimai nəqliyyatda sizi ən çox nə narahat edir? - VİDEOSORĞU
15:06 06.08.2026
İctimai nəqliyyatda sizi ən çox nə narahat edir? - VİDEOSORĞU
Birbank Star kartını indi sifariş edin, nağdlaşdırmanı komissiyasız edin
14:56 06.08.2026
Birbank Star kartını indi sifariş edin, nağdlaşdırmanı komissiyasız edin
Tahir Kərimliyə ağır itki
14:51 06.08.2026
Tahir Kərimliyə ağır itki
Hakan Fidan: ABŞ və İran arasında danışıqlar bu gün müsbət nəticə ilə başa çata bilər
14:47 06.08.2026
Hakan Fidan: ABŞ və İran arasında danışıqlar bu gün müsbət nəticə ilə başa çata bilər
Paşinyan onları yenidən postlarına təyin etdi
14:40 06.08.2026
Paşinyan onları yenidən postlarına təyin etdi
Azərbaycanın UNESCO-dakı yeni nümayəndəsi kimdir? - DOSYE
14:33 06.08.2026
Azərbaycanın UNESCO-dakı yeni nümayəndəsi kimdir? - DOSYE
Elman Abdullayev UNESKO-dan geri çağırıldı
14:28 06.08.2026
Elman Abdullayev UNESKO-dan geri çağırıldı
Avropa Şurasındakı nümayəndəmiz geri çağırıldı - Yeni təyinat
14:27 06.08.2026
Avropa Şurasındakı nümayəndəmiz geri çağırıldı - Yeni təyinat
Prezidentin təltif etdiyi Bəxtiyar Aslanbəyli kimdir? - DOSYE
14:27 06.08.2026
Prezidentin təltif etdiyi Bəxtiyar Aslanbəyli kimdir? - DOSYE
Məişətdə hər gün istifadə etdiyimiz əşyaları nə vaxt dəyişmək lazımdır? - Çoxları bunu gecikdirir
14:12 06.08.2026
Məişətdə hər gün istifadə etdiyimiz əşyaları nə vaxt dəyişmək lazımdır? - Çoxları bunu gecikdirir
Müstəqillikdən WUF13-ə: Son 35 ildə Azərbaycanı dünyaya tanıdan hadisələr
14:01 06.08.2026
Müstəqillikdən WUF13-ə: Son 35 ildə Azərbaycanı dünyaya tanıdan hadisələr
Valideynlərin fərqinə varmadığı səhv: Evdəki hər davranış uşağın gələcək taleyini yazır
13:58 06.08.2026
Valideynlərin fərqinə varmadığı səhv: Evdəki hər davranış uşağın gələcək taleyini yazır