Həftələrlə satılmayan avtomobillər: Bazarda vəziyyət ağırlaşır - VİDEO

Həftələrlə satılmayan avtomobillər: Bazarda vəziyyət ağırlaşır - VİDEO
SOSİAL
19:17 05.07.2026
370
Hər həftəsonu avtomobil bazarında müəyyən canlanma müşahidə olunsa da, son aylarda bazarda nəzərəçarpacaq durğunluq hökm sürür.

Satıcıların sözlərinə görə, bunun əsas səbəbi alıcıların elektrik mühərrikli avtomobillərə üstünlük verməsidir.

Baku TV məsələni araşdırmaq üçün paytaxtdakı avtomobil bazarlarından birində olub. Bazarda aparılan müşahidələr və satıcılarla söhbətlər zamanı bildirilib ki, hazırda təklif çox, alıcı isə azdır.

Bəzi satıcılar avtomobillərini artıq bir neçə həftədir bazara çıxarsalar da, hələ də sata bilmədiklərini deyirlər. Xüsusilə, irimühərrikli benzinlə işləyən avtomobillərə maraq kəskin azalıb.

Alıcılar daha çox qiyməti 13-15 min manat arasında olan, kiçik və ortamühərrikli avtomobillərə üstünlük verirlər. Lakin bu qiymət aralığında seçim imkanları məhduddur.

Satıcıların sözlərinə görə, paytaxtdakı tıxaclar və yanacaq xərclərinin yüksək olması sürücüləri daha qənaətcil, xüsusilə, elektrik mühərrikli avtomobillərə yönəldir.

Bazara gələn alıcıların əksəriyyətini isə bölgələrdən gələn vətəndaşlar təşkil edir. Nəticədə, avtomobil bazarında müşahidə olunan durğunluq bu həftə də davam edir.

OXŞAR XƏBƏRLƏR