Həkimlər Yaşar Nurini Bakıya buraxmır

MƏDƏNİYYƏT
23:03 16.10.2012
1889
Türkiyənin Amerika xəstəxanasında müalicə olunan Azərbaycanın xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Yaşar Nuri Bakıya qayıda bilmir. Aktyorun həyat yoldaşı Rəhimə Nuriyevanın verdiyi məlumata əsasən, aktyorun Bakıya gəlməsi üçün bir sıra problemlər yaranıb. Həftənin ilk günü aktyor xəstəxanadan evə gətirilməli idi. Amma Rəhimə xanım Türkiyəyə gec gedib. Həmin gün psixoloji gərkinlikdən aktyorun vəziyyəti pisləşib. Vəziyyəti ağırlaşdığından həkimlər onu evə buraxmayıb. Bir həftə də xəstəxana şəraitində qalması şərtdir ki, Y. Nurinin təyyarə ilə Bakıya gətirmək mümkün olsun.Qeyd edək ki, fevral ayından etibarən Türkiyədə miqrasiya ilə bağlı yeni qərar qəbul olunub. Qərara görə, xarici vətəndaş ölkə ərazisində 90 gün qala bilər. Bu səbəbdən də Rəhimə Nuriyevaya 2 ay müddətinə Türkiyəyə getmək qadağan olunub.

OXŞAR XƏBƏRLƏR