13:52 Cümə Axşamı, 27 Fevral 2020
Maqazin

"Hələ bir neçə dəfə ərə gedəcəyəm" - Lolita

23:29, 08.12.20194965
Rusiyalı müğənni Lolita Milavskaya xarici görünüşü ilə pərəstişkarlarını sevindirib.

AZXEBER.COM axşam.az xəbər verir ki, bir tədbirə qatılan sənətçinin əhvalının da xeyli yaxşı olduğu və çəki atması nəzərlərdən yayınmayıb. O arıqlamağı ilə bağlı sualları cavablandırıb.

"Endokrinoloqa yazdım, bir sıra analizlər verdim, müalicə aldım və mənə lazım olmayan ərdən qurtuldum. Başqa heç bir sirrim yoxdur" deyə, o, gülərək cavab verib.

Müğənni onunla sevgili olmaq istəyən kişilərdən bəhs edərkən tələsmədiyni dilə gətirib.

"Hələlik layiqli namizəd yoxdur. Mənə ağıllı insan lazımdır. Kölgəmə sığınan birinə ehtiyacım yoxdur. Onu da deyim ki, hər dəfə qarşımdakı insana inanıram və həmişə yanılıram. Xasiyyətim belədir. Dəyişə bilmərəm. Yəqin ki, hələ bir neçə dəfə ərə gedəcəyəm" deyən, müğənni keçmiş ərinə də söz atıb.

Qeyd edək ki, Lolitanın keçmiş əri, Dmitri İvanov onunla evli olarkən kosmetoloq Olqa Kuliyeva ilə münasibətdə olub. İvanov Lolitanın qazandığı pullarla Belarusda yaşayan Olqaya evlər, bahalı zinət əşyaları alıb. Bundan xəbər tutan ifaçı boşanmağa qərar verib.
 

 

 


XƏBƏR LENTİ