"Həm piyadalar, həm də sürücülər məsuliyyətli olmalıdır" - Deputat

"Həm piyadalar, həm də sürücülər məsuliyyətli olmalıdır" - Deputat
SOSİAL
11:37 25.06.2026
235
"Piyada və sürücü məsuliyyətinin artırılması şərtdir”

AZXEBER.COM xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə "Jurnalistika və İnkişaf Mərkəzi” və "Müstəqil nəqliyyatçılar” məsləhət və informasiya İctimai birliklərinin təşkil etdiyi "Yol hərəkəti təhlükəsizliyi: hüquq və vəzifələr” və "Müasir şəhərsalmada piyada təhlükəsizliyi” layihələri çərçivəsində keçirilən ictimai müzakirədə deyib.

Deputat bildirib ki, yol hərəkəti təhlükəsizliyinin təmin olunması üçün həm piyadaların, həm də sürücülərin məsuliyyətli davranması vacibdir.

Onun sözlərinə görə, piyadalar bəzi hallarda nəzərdə tutulan keçidlərdən istifadə etmir və avtomobil yolundan keçərək həm özlərini, həm də digər hərəkət iştirakçılarını təhlükəyə atırlar.

Şahanə
OXŞAR XƏBƏRLƏR