Hər gün alma yeməyin 5 mühüm faydası

Hər gün alma yeməyin 5 mühüm faydası
MARAQLI
13:29 10.06.2026
158
Alma dünyanın ən faydalı meyvələrindən biri hesab olunur. 

AZXEBER.COM xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, hər gün bir alma yemək orqanizmdə bir sıra müsbət dəyişikliklərə səbəb ola bilər.

Belə ki, almanın tərkibindəki liflər həzmi yaxşılaşdırır və bağırsaqların fəaliyyətini dəstəkləyir. Bu meyvənin müntəzəm qəbulu daha uzun müddət toxluq hissi yaradaraq artıq çəki riskini azaltmağa kömək edə bilər.

Bundan başqa, alma ürək-damar sağlamlığının qorunmasına dəstək verir, xolesterinin səviyyəsinin tənzimlənməsinə yardım edir və immun sistemini gücləndirən antioksidantlarla zəngindir.

Mütəxəssislər qeyd edirlər ki, almanın gündəlik rasiona daxil edilməsi ümumi sağlamlığın qorunmasına müsbət təsir göstərə bilər.

Şahanə
OXŞAR XƏBƏRLƏR