Hərbçilərimizin yemək payı artırıldı

Hərbçilərimizin yemək payı artırıldı
Bütün Xəbərlər
11:00 15.01.2014
877
Azərbaycanın Silahlı Qüvvələrində xidmət edənlərin qida rasionunda dəyişiklərin ediləcəyi gözlənilir. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı BBC Azərbaycancaya deyib ki, qida rasionuna ərzaq payının kaloriliyinin artırılması məqsədilə yeni quru ərzaqlar daxil ediləcək: “Biz silahlı qüvvələrdə xidmət edənlərin daha yaxşı yeməklə təmin olunması üçün yüz qram paştet və qatılaşdırılmış süd kimi məhsulları qida rasionuna daxil etməyi təklif etmişik".Nazirlik rəsmisi deyir ki, bununla gündəlik olaraq qəbul edilən qidaların kolorisi 3700-4000-ə çatdırılacaq.Cənab Dərgahlı Nazirlər Kabinetinin (NK) qərarı ilə ötən il hərbçilər üçün adambaşına düşən ərzaq rasionunun müəyyənləşdirildiyini deyib.“Biz təkliflərimizi hazırlayıb Nazirlər Kabinetinə təqdim etmişik və bununla bağlı qərarı onlar verəcək”, nazirlik sözçüsü əlavə edib.Hərbi ekspert Üzeyir Cəfərov BBC Azərbaycancaya deyib ki, NK-nın qərarına qədər əsgərlərin qida rasionunda Sovet dövründən qalma yeməklər olub.“Bu dəyişiklikdən sonra artıq şənbə və bazar günü qida rasionuna salınan yumurtanın sayı artıb, meyvə və çərəzlər verilməyə başlanıb”, cənab Cəfərov bildirib.Silahlı qüvvələrdə milli yeməklərin olmasının zəruriliyindən danışan hərbi ekspert deyib ki, son dəyişiklikdən sonra zabitlərin qida rasioununda dəyişiklik hiss olunmayıb. “Əvvəllər zabitlər 64 manat yemək pulu alırdılar və indi də bu rəqəmi alırlar. Bu qərar əsgərlərin qida rasionunun çoxçeşidli olmasına xidmət etsə də, Azərbaycan silahlı qüvvələrində bəzi ət və balıq məhsulları Sovet dövründə olduğu kimi xaricdən gətirilir”, o əlavə edib.NK-nin qərarına qədər Silahlı Qüvvələrdə hərbçilərin qidalanması 1992-ci ildə təsdiq olunmuş ümumqoşun ərzaq payı normaları əsasında həyata keçirilib.Yeni siyahıda əsgərin gündəlik qidalanması üçün müəyyən edilmiş qida məhsullarının sayı 28-dən 24-ə endirilib.
OXŞAR XƏBƏRLƏR