Həsən bəy Zərdabi adına mükafat təqdim olundu - FOTOLAR

Həsən bəy Zərdabi adına mükafat təqdim olundu - FOTOLAR
MEDIA
16:40 21.07.2023
294
Mükafata bu il 6 media nümayəndəsi layiq görülüb

Azərbaycan Jurnalistlər Birliyi (AJB) Milli Mətbuatın 148-ci ildönümü münasibətilə Həsən bəy Zərdabi adına mükafatın təqdimatını edib. AYNA xəbər verir ki, mükafata bu il 6 media nümayəndəsi layiq görülüb.

Mükafatları AJB-in sədri, "Ayna-Zerkalo” qəzetinin rəhbəri Elçin Şıxlı, Əməkdar jurnalist, professor Qulu Məhərrəmli, "Yeni Nəsil” Jurnalistlər Birliyinin və "PressKlub”un rəhbəri Arif Əliyev sahiblərinə təqdim ediblər.

Tamam Bayatlı ("BP” şirkəti) İctimaiyyət və mətbuatla əlaqələrin qurulmasında fəaliyyətinə görə, Pərvanə Nadirqızı ( İctimai Radio) Azərbaycan mədəniyyəti, tarixi və musiqisini, həmçinin ölkənin bugünkü inkişafını təbliğ edən "Can Azərbaycan” verilişinə görə, Anar Yusifoğlu (İctimai Televiziya) telejurnalistikanın inkişafındakı xidmətlərinə görə, Elşad Eyvazlı (Modern.az) elektron medianın inkişafındakı xidmətlərinə görə, Sərxan Carçı ("Carçı Exspress” jurnalı) Cümhuriyyət tarixi ilə bağlı araşdırmalarına görə, "Bizim Yol" qəzetinin təsisçisi və "Bizimyol.info" saytının rəhbəri Bahəddin Həzi Həsən bəy Zərdabi adına mükafata layiq görülüblər. B.Həzi tədbirə qatıla bilmədiyi üçün onun mükafatı sonradan özünə təqdim ediləcək.

Təltif edilən media nümayəndələri Azərbaycan Jurnalistlər Birliyinə təşəkkür ediblər.

Təltif olunan jurnalistlər təəssüratlarını bölüşüb, belə bir mükafata layiq görülmənin onlar üçün sevindirici olduğunu vurğulayıblar. Diqqətə çatdırılıb ki, Həsən bəy Zərdabi adına mükafat jurnalistlər üçün təsis edilən ən vacib mükafatlardan biridir.

Xatırladaq ki, "Zərdabi" mükafatı 1990-cı illərin sonlarında Azərbaycan Jurnalistlər Birliyinin o zamankı sədri, mərhum jurnalist Hacı Hacıyevın təşəbbüsü ilə təsis olunub. Laureatları Azərbaycan Jurnalistlər Birliyi Azərbaycan Jurnalistikası Günü ərəfəsində seçilir. Bu təsisatda məqsəd əsası 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən qoyulmuş Azərbaycan mətbuatının maarifçilik ənənələrini davam etdirməyə, azad, demokratik və peşəkar mətbuatın formalaşması uğrunda yorulmadan mübarizə aparmağa, obyektiv və məsuliyyətli sözə üstünlük verməyə həvəsləndirməkdir.
 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
00:16 19.04.2026
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
23:50 18.04.2026
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir