Tanınmış idmançı, MMA döyüşçüsü Heydər Məmmədəliyev AZMMAF-ə vitse-prezident təyin olunub.
MMA (FILA) və pankration üzrə dünya, Avropa çempionu Heydər Məmmədəliyev Azərbaycan MMA Federasiyasına vitse-prezident təyin olunub.
Bu haqda AZXEBER.COM-a məlumat verən H.Məmmədəliyev ona göstərilən etimada görə təşəkkür edib: "İlk olaraq AZMMAF rəhbərliyinə təşəkkür edirəm. İdmançı kimi uğurlar qazanmışam. İndi göstərilən yüksək etimadı doğrultmalıyam. Vitse-prezident kimi federasiyamızın, eləcə də milli komandalarımızın inkişafı üçün əlimdən gələni edəcəm. Hazırda iki güclü təşkilat İMMAF-WMMAA birgə fəaliyyət göstərirlər. Sevindirici haldır ki, beynəlxalq təşkilat kimi onlar ölkəmizdə Azərbaycan MMA Federasiyasını tanıyır.
Məmmədəliyev hazırda beynəlxalq yarışda olduqlarını deyib: "Hazırda Azərbaycan millisi Bəhreyndə keçirilən dünya çempionatında iştirak edir, komandamız yarışa yüksək səviyyədə hazırlaşıb. Ona görə idmançılarımızın uğurlu çıxış edəcəyini gözləyirik. Federasiya rəhbəri kimi beynəlxalq təşkilatlarla işimizi daha da yaxşılaşdıracayıq. MMA ölkəmizdə yeni inkişaf mərhələsinə qədəm qoyacaq".