"Azərbaycan Ermənistan hökumətini öz cəmiyyətini sülhə hazırlamağa çağırır"

"Azərbaycan Ermənistan hökumətini öz cəmiyyətini sülhə hazırlamağa çağırır"
SİYASƏT
10:09 02.10.2026
184
Azərbaycan Ermənistan hökumətini öz cəmiyyətinin sülhə hazırlanması istiqamətində fəal şəkildə işləməyə çağırır.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən CAMCA 2026 Regional Forumunda bildirib.

Onun sözlərinə görə, rəsmi Bakı Ermənistan cəmiyyətindəki müəyyən tendensiyalardan, xüsusən də böyük nüfuza malik qüvvələrin mövcudluğundan narahatdır.

"Daha bir narahatlıq doğuran amil erməni gənclər arasında revanşist əhval-ruhiyyənin davam etməsidir. Bu, vacib məqamdır. Buna görə də biz Ermənistan hökumətini öz cəmiyyətini sülhə hazırlamaq üçün fəal şəkildə işləməyə çağırırıq", - o bildirib.

H.Hacıyev vurğulayıb ki, Azərbaycan tərəfi sülh gündəliyini davam etdirmək, onu praktikada möhkəmləndirmək, Ermənistan və Azərbaycan xalqları üçün uzunmüddətli sülh və sabitliyi təmin edə biləcək sülh arxitekturası qurmaq üçün strateji qətiyyətə malikdir.

"Buna görə də biz həmişə deyirik ki, bu sülhü təkcə Ermənistan hökuməti və ölkənin baş naziri ilə deyil, erməni xalqı ilə bağlamaq istəyirik. Bu səbəbdən biz hələ də Ermənistan Konstitusiyasının dəyişdirilməsini gözləyirik. Şübhəsiz ki, bu, daxili məsələdir və biz bu prosesə müdaxilə etməkdən tamamilə çəkinirik", - o əlavə edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
11:41 02.10.2026
İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
11:39 02.10.2026
Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
Qaxda 7 kq narkotik vasitə aşkarlandı
11:36 02.10.2026
Qaxda 7 kq narkotik vasitə aşkarlandı
İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq
11:31 02.10.2026
İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq
Sumqayıtda məktəbdə 14 şagird zəhərləndi
11:30 02.10.2026
Sumqayıtda məktəbdə 14 şagird zəhərləndi
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
11:26 02.10.2026
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
"Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"
11:25 02.10.2026
"Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"
Prezident: “Bizə heç kimin köməyi də lazım deyil, himayadarlığı da lazım deyil"
11:25 02.10.2026
Prezident: “Bizə heç kimin köməyi də lazım deyil, himayadarlığı da lazım deyil"
ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) İcraçı Direktoru sahibkarlarla görüşdü - FOTOLAR
11:14 02.10.2026
ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) İcraçı Direktoru sahibkarlarla görüşdü - FOTOLAR
Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
11:09 02.10.2026
Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
Kəlbəcərə qar yağdı
11:08 02.10.2026
Kəlbəcərə qar yağdı
İnfarkt niyə cavanlaşır? – Kardioloqdan açıqlama
11:07 02.10.2026
İnfarkt niyə cavanlaşır? – Kardioloqdan açıqlama
"Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"
11:04 02.10.2026
"Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"
Prezident: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır
11:02 02.10.2026
Prezident: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır
"Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"
11:00 02.10.2026
"Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"
Zakir Həsənov Şuşada Yaşar Gülerlə görüşdü - Fotolar
11:00 02.10.2026
Zakir Həsənov Şuşada Yaşar Gülerlə görüşdü - Fotolar