Hikmət Hacıyev: Azərbaycan işğala məruz qaldığı dövrdə ABŞ Ermənistanın yanında olub

Hikmət Hacıyev: Azərbaycan işğala məruz qaldığı dövrdə ABŞ Ermənistanın yanında olub
SİYASƏT
23:13 21.11.2023
433
Azərbaycanın 30 il davam etmiş işğala məruz qaldığı dönəmdə ABŞ Ermənistanın yanında dayanıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri Samanta Pauerin yazısına cavabında sosial şəbəkədə yazıb.

"Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 il davam etmiş işğalı zamanı bir milyon azərbaycanlının bədnam və qanlı etnik təmizləməyə məruz qaldığı bir vaxtda ABŞ işğalçı Ermənistan dövlətinin yanında dayanıb”, – Prezidentin köməkçisi qeyd edib.

Onun fikrincə, sözügedən siyasət indi də "eyni formada və təzahürdə davam edir”.

"Akademik və ya peşəkar qərəzsizliyə iddia etmək düzgün olmazdı, belə ki universitetdə "İnsan haqları” təlimləri professoru kimi, Samanta Pauer "Cəhənnəmdən bir problem: Amerika və soyqırımı çağı” adlı təbliğat kitabında Ermənistanın günahsız mülki azərbaycanlılara qarşı törətdiyi soyqırımı və vəhşilik aktları qarşısında tamamilə susqun qalıb. Birləşmiş Ştatların Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi kimi, o, heç vaxt azərbaycanlı qaçqın və məcburi köçkünlərin məsələsini qaldırmağa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini tələb etməyə, hətta Ermənistanın işğalını pisləməyə cəsarət etməyib”, – o nəql edib.

Eyni zamanda, Hikmət Hacıyev Pauerin Ruben Vardanyanla sıx əlaqələrinin olduğunu və onları "azərbaycanofobiya” kimi "dəyərlər və maraqların” birləşdirdiyini xatırladıb:

"Avrora” mükafatı çətiri altında Samanta Pauer bu fondun təsisçisi, Ukraynada separatizmi maliyyələşdirən məşhur oliqarx və çirkli pulların yuyulması ilə məşğul olan Ruben Vardanyanla bir araya gəlib. Maraqlıdır ki, 2019-cu ildə Avropa Parlamentinin üzvləri "Troyka Dialoq”un təsisçisi Ruben Vardanyana qarşı çirkli pulların yuyulması sxemlərinə görə sanksiyalar tələb ediblər. Ruben Vardanyan da 2022-ci ilin oktyabrından Qarabağda möhkəmləndikdən sonra ABŞ-nin dəstəklədiyi Ermənistanın siyasi rəhbərliyinə qarşı dövlət çevrilişi planlaşdırırdı.

Azərbaycanofobiya, türkfobiya, siyasi korrupsiya, "pulbazlıq” və qondarma "Avrora” mükafatı altında siyasi spekulyasiyalar, yəqin ki, Ruben Vardanyan və Samanta Pauer arasında paylaşılan dəyərlər və maraqlar idi.

Maskanı çıxarın! Artıq Azərbaycanda USAID-in əməliyyatlarına yer yoxdur!”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aİ təmsilçiləri sabah Rusiyaya qarşı yeni və genişmiqyaslı sanksiyaları təsdiqləməyə hazırlaşır
21:09 06.10.2026
Aİ təmsilçiləri sabah Rusiyaya qarşı yeni və genişmiqyaslı sanksiyaları təsdiqləməyə hazırlaşır
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək
21:02 06.10.2026
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək
Fransanın səfiri İran XİN-ə çağırılıb
20:57 06.10.2026
Fransanın səfiri İran XİN-ə çağırılıb
Fransa DİN: Etirazlarda 256 min nəfər iştirak edib
20:51 06.10.2026
Fransa DİN: Etirazlarda 256 min nəfər iştirak edib
Pezeşkian ilk dəfə Türkmənistanda MDB dövlət başçılarının iclasında iştirak edəcək
20:45 06.10.2026
Pezeşkian ilk dəfə Türkmənistanda MDB dövlət başçılarının iclasında iştirak edəcək
Makron məktəblilərin etirazları ilə bağlı təcili müşavirə keçirəcək
20:40 06.10.2026
Makron məktəblilərin etirazları ilə bağlı təcili müşavirə keçirəcək
İndoneziyada yük maşını aşıb, ölənlər var
20:35 06.10.2026
İndoneziyada yük maşını aşıb, ölənlər var
İranda 70 siyasi məhbus edam edildi
20:30 06.10.2026
İranda 70 siyasi məhbus edam edildi
Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb
20:23 06.10.2026
Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb
Rusiya XİN: Gümrüdəki hərbi bazanın taleyini müzakirə etməyə hazırıq
20:20 06.10.2026
Rusiya XİN: Gümrüdəki hərbi bazanın taleyini müzakirə etməyə hazırıq
Polşada vağzalı və məktəbi partlatmaqla hədələyən gənc saxlanılıb
20:14 06.10.2026
Polşada vağzalı və məktəbi partlatmaqla hədələyən gənc saxlanılıb
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib
20:06 06.10.2026
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib
Tramp keçirdiyi seçki mitinqlərinin Respublikaçı namizədlərə dəstəyi artırdığını bildirib
20:05 06.10.2026
Tramp keçirdiyi seçki mitinqlərinin Respublikaçı namizədlərə dəstəyi artırdığını bildirib
Azərbaycanın U-21 millisi seçmə mərhələnin son oyununda Cəbəllütariqi məğlub edib
20:00 06.10.2026
Azərbaycanın U-21 millisi seçmə mərhələnin son oyununda Cəbəllütariqi məğlub edib
Rubio: Hazırda Ukraynanın NATO üzvlüyü müzakirə mövzusu deyil
19:53 06.10.2026
Rubio: Hazırda Ukraynanın NATO üzvlüyü müzakirə mövzusu deyil
İranda dollar yenidən kəskin bahalaşdı
19:49 06.10.2026
İranda dollar yenidən kəskin bahalaşdı