Hikmət Hacıyev: “Yaxın günlərdə Naxçıvan-Mehri kommunikasiya xətti müzakirə ediləcək”

Hikmət Hacıyev: “Yaxın günlərdə Naxçıvan-Mehri kommunikasiya xətti müzakirə ediləcək”
SİYASƏT
16:02 27.01.2021
765
Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qarabağdakı qalibiyyətdən sonra Azərbaycan-Türkiyə əlaqələrinin perspektivini şərh edib.

AZXEBER.COM-un xəbərinə görə, H.Hacıyev "Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinarda deyib ki, Vətən müharibəsi bütün regionun geniş mənada geosiyasətini dəyişdirdi.

O bildirib ki, əməkdaşlığa və inkişafa yönəltmək istiqamətində Türkiyə ilə Azərbaycan qarşısında mühüm vəzifələr durur.

"Türkiyə Cənubi Qafqazın hər üç ölkəsi ilə həmsərhəddir. Türkiyə bölgədə əldə olunmuş kövrək sülhün davamlı sülhə çevrilməsində mühüm rol oynamalıdır. Azərbaycanla Türkiyənin sıx birliyi üçün möhkəm zəminlər var”, - deyə H.Hacıyev əlavə edib.

H.Hacıyev qeyd edib ki, Azərbaycan ilə Türkiyə TAP, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars kimi qlobal layihələri birgə həyata keçirib.

Prezidentin köməkçisi qeyd edib ki, vaxtı ilə bir çox skeptiklər Azərbaycanın və Türkiyənin birgə layihələrinin reallaşacağına inanmırdı.

O,  Azərbaycan-Türkiyə əlaqələrinin Gürcüstanın inkişafına müsbət təsirini də vurğulayıb, gələcəkdə Ermənistanın da tranzit ölkəyə çevrilə bilmək ehtimalından söz açıb.

"Naxçıvandan Mehriyə kommunikasiya xəttinin açılması da yaxın günlərdə müzakirə ediləcək. Bununla Ermənistan tranzit ölkəyə çevrilə bilər”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
​​​​​​​Sığorta ödənişi ilə bağlı YENİLİK - VİDEO
22:22 03.07.2026
​​​​​​​Sığorta ödənişi ilə bağlı YENİLİK - VİDEO
Hakan Fidan suriyalı həmkarı ilə regional vəziyyəti müzakirə edib
22:18 03.07.2026
Hakan Fidan suriyalı həmkarı ilə regional vəziyyəti müzakirə edib
Həyatın daha çox sınağa çəkdiyi 3 bürc
22:10 03.07.2026
Həyatın daha çox sınağa çəkdiyi 3 bürc
Xankəndi Bəyannaməsi qəbul edildi
21:59 03.07.2026
Xankəndi Bəyannaməsi qəbul edildi
Tanınmış rinoplastik cərrahlar beynəlxalq konqresdə iştirak edirlər - FOTOLAR
21:54 03.07.2026
Tanınmış rinoplastik cərrahlar beynəlxalq konqresdə iştirak edirlər - FOTOLAR
Zaqatalada maşınlar toqquşdu - 4 nəfər xəsarət aldı
21:45 03.07.2026
Zaqatalada maşınlar toqquşdu - 4 nəfər xəsarət aldı
Məktəblərdə tərbiyə işləri üzrə direktor müavinləri aylıq vəzifə əlavəsindən yararlana bilmirlər - VİDEO
21:37 03.07.2026
Məktəblərdə tərbiyə işləri üzrə direktor müavinləri aylıq vəzifə əlavəsindən yararlana bilmirlər - VİDEO
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
21:26 03.07.2026
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
“Qarabağ”ın oyununa biletlərin satışı sabah başlayacaq - Texniki nasazlığa görə
21:19 03.07.2026
“Qarabağ”ın oyununa biletlərin satışı sabah başlayacaq - Texniki nasazlığa görə
Bu yollarda hərəkət 2 günlük tam məhdudlaşdırılır
21:12 03.07.2026
Bu yollarda hərəkət 2 günlük tam məhdudlaşdırılır
Nazirin müşavirinə yeni vəzifə verildi
21:05 03.07.2026
Nazirin müşavirinə yeni vəzifə verildi
İnterpol xətti ilə axtarılan şəxs Azərbaycana təhvil verəcək
20:52 03.07.2026
İnterpol xətti ilə axtarılan şəxs Azərbaycana təhvil verəcək
Azərbaycan nümayəndə heyəti Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak edib - FOTOLAR
20:49 03.07.2026
Azərbaycan nümayəndə heyəti Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak edib - FOTOLAR
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
20:44 03.07.2026
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Cinayət işləri ilə bağlı vacib qərar: Statistik hesabatların tərtib edilməsi təkmilləşdirilir
20:36 03.07.2026
Cinayət işləri ilə bağlı vacib qərar: Statistik hesabatların tərtib edilməsi təkmilləşdirilir
Novella Cəfəroğlu: "Çox istərdim ki, "Arzum" ev dustaqlığına buraxılsın..."
20:28 03.07.2026
Novella Cəfəroğlu: "Çox istərdim ki, "Arzum" ev dustaqlığına buraxılsın..."