BAKU AZƏRBAYCAN
11°C
euro 1.8427
dollar 1.7000
rubl 0.0220
lirə 0.2563

Hüseyn Dəryanın keçmiş arvadı ərə gedir

Hüseyn Dəryanın keçmiş arvadı ərə gedir
MAQAZİN
11:52 20.09.2012
7348
Reper Hüseyn Dərya ilə iki il öncə rəsmi nigahı pozulan Sona İbadovanın ailə həyatı qurmağa hazırlaşdığını öyrəndik. Xəbəri dəqiqləşdirmək üçün ona etdiyimiz sualı öncə tərəddüdlə qarşılayan Sona xanım, nəhayət, etiraf edib bunları deyib: «Bəli, evlilik barədə düşünürəm. Həyatımda biri var və onunla bir müddət olar görüşürük. Hər ikimizin niyyəti ciddidir. Münasibəti rəsmiləşdirməyi düşünürük. Amma bu tezlikdə yox. Hələ bir-birimizi daha yaxından tanıyırq».
Qarşı tərəfin ona qarşı diqqətli olduğundan danışan Sona İbadova xırda səhflərini təkrarlamamaqda ona məsləhət verdiyini söylədi.
«Qadın diqqət, nəvaziş, həmçinin başının üstundə ona düzgün yol göstərə bilənə ehtiyac duyur. Mən bunu bacaran birini tapmışam» - deyən Sona xanım açıqlamasının cəmiyyət arasında birmənalı qarşılana bilməyəcəyindən ehtiyat edir. Onun fikrincə, Hüseyn Dəryadan ayrılandan sonra ailəyə, onu və övladınının qayğısını çəkə bilən ailə başçısına ehtiyacı olub. «Anam həmişə yanımda olub. Dərdimə şərik olub, övladımı böyütməkdə yardımçım olub. Amma hər bir qadın yuvasının olmasını istəyir. Hüseynlə iki ildir ayrılmışıq. Övladına baş çəkir, az da olsa maddi dəstəyini göstərir. Amma bu, bütün qayğılarımıza yetəcək qədər deyil. Hüseynlə münasibətlərimiz yaxşıdır. Bu addımı qətiyyən ona zərbə kimi qiymətləndirməsin. Çünki yollarımız çoxdan ayrılıb. Bizim izdivacımız sona qədər yürümədi. Onun da, mənim də həyatımızı kiminləsə birləşdirməyə haqqımız çatır. Hazırda Bakıda deyil və yəqin ki, bu barədə xəbəri oxuyandan sonra biləcək» - deyən S.İbadovadan gələcək həyat yoldaşı haqqında xəbər aldıq. Həmin şəxsin iş adamı olduğunu deyən Sona onun subay olduğunu da diqqətə çatdırdı. /// publika.az

OXŞAR XƏBƏRLƏR