Husilər Məkkəyə zərbə endirib?

Husilər Məkkəyə zərbə endirib?
DÜNYA
01:36 12.11.2026
79
Yəməndəki husi üsyançıları Səudiyyə Ərəbistanının paytaxtındakı hava limanına və Yanbu bölgəsindəki neft infrastrukturuna zərbələr endiriblər.

Bu barədə hərəkatın sözçüsü Yəhya Səriya "Əl-Masirah” telekanalına açıqlamasında deyib.

"Silahlı qüvvələrimiz (husilər) Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına üç qanadlı raketlə hücum edə biliblər", - Səriya bildirib.

O əlavə edib ki, üsyançılar həmçinin Yanbu bölgəsindəki 11 nömrəli stansiyaya da PUA ilə zərbə endiriblər.

Hərəkatın sözçüsü əlavə edib ki, Səudiyyənin Məkkənin üzərində dron ələ keçirməsi iddiaları yeni bir yalandır, husilərin əməliyyatları yalnız krallığın neft obyektlərinə və hərbi bazalarına yönəlib.
 
///axar.az
OXŞAR XƏBƏRLƏR