“İBA-Express” təcili pul köçürmə sistemindən geniş istifadə olunur

“İBA-Express” təcili pul köçürmə sistemindən geniş istifadə olunur
İQTİSADİYYAT
23:40 21.02.2012
2922

AZXEBER.COM-un məlumatına görə, Azərbaycan Beynəlxalq Bankı Rusiya-Azərbaycan arasında pul tədavülünün genişləndirilməsi məqsədi ilə 2009-cu ildə ABB-Moskva tərəfindən hazılanmış “İBA-Express” adlı yeni bank məhsulunu əhaliyə təqdim etmişdi. Xatırladaq ki, bu xidmət fiziki şəxslər arasında 1% komisyon haqqi ödənilməklə 5-10 dəqiqə ərzində Azərbaycandan Rusiyaya və əksinə təcili pul köçürmələrinin həyata keçirilməsini təmin edir.

“ABB-Moskva”-nın filial şəbəkəsinin artması ilə bu təcili pul köçürmə sisteminin də coğrafiyası genişlənmiş, əməliyyatların sayı yüksəlmişdir. “İBA-Express” xidmətindən tək paytaxt Moskvada deyil Sankt-Peterburq və Ekaterinburq şəhərlərində də yararlanmaq mümkündür. Sistemə olan təlabatın günü-gündən artması bu xidmətin “ABB-Gürcüstan” bankı vasitəsi ilə Gürcüstanda da istifadəsini reallaşdırmışdır. 2009,2011-ci illər bu sistem üzrə göstəricilər aşağıdakı kimi olmuşdur.

Alınma

Göndərilmə

USD

RUB

EUR

USD

RUB

EUR

Il

Sayı

Məbləği

Sayı

Məbləği

Sayı

Məbləği

Sayı

Məbləği

Sayı

Məbləği

Sayı

Məbləği

2009

51840

59828811.40

0

0

643

1254461. 61

1192

5607692.15

0

60

568975.00

2011

52217

61125777.00

4829

132633326.31

603

763223. 00

2181

7350123.96

156

10804286.00

60

172028.00

Sistemin üstünlüklərindən biri də üç valyuta ilə köçürmə etmək imkanının olmasıdır. Beləliklə vətəndaş heç bir konvertasiya əməliyyatı etmədən vəsait göndərə və ya ala bilər.

OXŞAR XƏBƏRLƏR