İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub

İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
SAĞLAMLIQ
14:56 24.06.2024
974
2022-2024-cü il (ilk 4 ay) tarixlərində icbari tibbi sığorta ilə 540 dalağın çıxarılması (splenektomiya) əməliyyatı icra olunub. Əməliyyatların 530-u dalağın tam, 10-u hissəvi çıxarılması ilə bağlı icra olunub. 
AZXEBER.COM xəbər verir ki, Splenektomiya əməliyyatı əsasən qarın boşluğunda açılan kəsiklə aparılır. Əməliyyat həmçinin laparoskopik üsulla da icra olunur. Hər iki üsulla aparılan əməliyyat icbari tibbi sığorta ilə qarşılanır.
Dalaq xəstəliyinin diaqnostikası üçün və əməliyyatdan əvvəl zəruri olan USM, rentqenoqrafiya, KT, MRT, biopsiya, laborator və instrumental müayinələr icbari tibbi sığorta ilə həyata keçirilir. 
Abdominal travmalar nəticəsində orqanın anatomik struktur bütövlüyünün pozulması, dalağın dağılması, dalaq arteriyasının anevrizması kimi patoloji proseslərin ağırlaşması, xoş və bədxassəli şişlər, dalağın absesi, parazitar və qeyri-parazitar kistalar əməliyyat  üçün göstəriş sayılır. Bundan başqa yuxarı mədə bağırsaq sistemi qanaxması ilə müşayiət olunan dalaq venasının trombozu, Verlqof xəstəliyində (trombositlərin miqdarının azalması ilə müşayiət olunan xronik autoimmun xəstəlik) terapevtik müalicənin nəticə verməməsi, autoimmun və qan xəstəlikləri fonunda dalağın patoloji genişlənməsi zamanı splenektomiya təyin olunur. 
Qeyd edək ki, dalaq sol qabırğanın altında, mədənin solunda yerləşən qanyaradıcı və immun sistemini müdafiə edən vacib orqandır. Sağlam dalaq bütün orqanizmin işinə cavabdeh olan bir sıra funksiyaları yerinə yetirir. Dalaq qan hüceyrələrinin və onların komponentlərinin yaranmasında iştirak edərək filtr funksiyanı yerinə yetirdiyi üçün insan orqanizminə daxil olan bakteriya və virusları təmizləmiş olur. Dalağı götürülmüş insanların müxtəlif infeksiyaların səbəb olduğu pnevmoniya, meningit və digər infeksion xəstəliklərə həssaslığı artır. Bu səbəbdən dalağı çıxarılan insanlara planlı əməliyyatdan bir neçə həftə əvvəl, təcili əməliyyatlarda isə 3 həftə sonra meninqokok, pnevmokok və digər infeksiyalara qarşı peyvənd olunmaları tövsiyə olunur. 
Qeyd edək ki, splenektomiya icbari tibbi sığorta hesabına TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin tabeliyində olan M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində icra olunur.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda şagirdin saçı qırxıldı - Dərsdə saqqız çeynədiyinə görə - VİDEO
23:01 08.06.2026
Bakıda şagirdin saçı qırxıldı - Dərsdə saqqız çeynədiyinə görə - VİDEO
Arazda batan 11-ci sinif şagirdinin axtarışları davam edir: Suyun səviyyəsi endirildi
22:56 08.06.2026
Arazda batan 11-ci sinif şagirdinin axtarışları davam edir: Suyun səviyyəsi endirildi
Vurulan gəmidə olan azərbaycanlıdan hələ də xəbər yoxdur: Yaxınları DANIŞDILAR - VİDEO
22:53 08.06.2026
Vurulan gəmidə olan azərbaycanlıdan hələ də xəbər yoxdur: Yaxınları DANIŞDILAR - VİDEO
Qəbul imtahanında gözlənilməz mənzərə: kənarlaşdırılanlar arasında müəllim var
22:48 08.06.2026
Qəbul imtahanında gözlənilməz mənzərə: kənarlaşdırılanlar arasında müəllim var
Azərbaycan və Suriya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib
22:42 08.06.2026
Azərbaycan və Suriya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib
Amsterdamda “Qırmızı bağ” filmi nümayiş etdirildi - VİDEO
22:40 08.06.2026
Amsterdamda “Qırmızı bağ” filmi nümayiş etdirildi - VİDEO
Bakının iki rayonunda işıq kəsiləcək
22:37 08.06.2026
Bakının iki rayonunda işıq kəsiləcək
Avtobusa minənləri SEVİNDİRƏN QƏRAR - Yeni qaydalar açıqlandı
22:26 08.06.2026
Avtobusa minənləri SEVİNDİRƏN QƏRAR - Yeni qaydalar açıqlandı
Pensiya və sosial müvinətlərlə bağlı ŞAD XƏBƏR
22:16 08.06.2026
Pensiya və sosial müvinətlərlə bağlı ŞAD XƏBƏR
Paytaxtın bu ərazilərində qaz kəsiləcək
22:08 08.06.2026
Paytaxtın bu ərazilərində qaz kəsiləcək
DÇ-2026: Türkiyənin oyunları bu saatda başlayacaq - TƏQVİM
22:00 08.06.2026
DÇ-2026: Türkiyənin oyunları bu saatda başlayacaq - TƏQVİM
Pulsuz təhsil alan məzunlar işləməyə regionlara göndərilə bilər - AÇIQLAMA
21:52 08.06.2026
Pulsuz təhsil alan məzunlar işləməyə regionlara göndərilə bilər - AÇIQLAMA
"Yaxşı edib üstünə sürürəm, ağıllı ol" - İşıqforda başlayan dava qəza ilə bitdi - VİDEO
21:47 08.06.2026
"Yaxşı edib üstünə sürürəm, ağıllı ol" - İşıqforda başlayan dava qəza ilə bitdi - VİDEO
Həftənin dörd şanslı BÜRCÜ: Pul sel kimi axacaq
21:37 08.06.2026
Həftənin dörd şanslı BÜRCÜ: Pul sel kimi axacaq
Toyları səhv salıb yarım saat pulsuz oxudu - Video
21:34 08.06.2026
Toyları səhv salıb yarım saat pulsuz oxudu - Video
İran hava məkanındakı bütün uçuş məhdudiyyətləri aradan qaldırıldı
21:22 08.06.2026
İran hava məkanındakı bütün uçuş məhdudiyyətləri aradan qaldırıldı