İcra başçısı ilaxır çərşənbəni Şəhid, qazi övladları ilə birgə qeyd etdi - FOTOLAR

İcra başçısı ilaxır çərşənbəni Şəhid, qazi övladları ilə birgə qeyd etdi - FOTOLAR
SOSİAL
17:27 15.03.2022
1090
Naftalan Şəhər İcra Hakimiyyətinin və CHINAR Hotel & SPA Naftalanın birgə təşkilatçığı ilə şəhid və qazi ailələri ilə "ilaxır çərşənbə” bayramı münasibətilə tədbir təşkil olunub.

AZXEBER.COM xəbər verir ki, tədbirdə şəhid və qazi ailələri, ŞİH-nin başçısı Vüqar Novruzov, əməkdar artist Bəhram Bağırzadə, YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov, şəhər Ağsaqqallar Şurasının sədri Möhübbət Bədəlov, şəhərin hüquq mühafizə orqanlarının rəhbərləri, digər məsul əməkdaşlar iştirak edib.

Tədbirdə çıxış edən icra başçısı qeyd edib ki, xalqımızın zəngin milli dəyərlərini, adət-ənənələrini özündə yaşadan Novruz bayramı milli varlığın rəmzinə çevrilib. Şanlı zəfərlə başa çatan Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsinə yeni-yeni səhifələr yazıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Rəşadətli Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsində əzəli Qarabağ torpaqlarımızı mənfur düşməndən azad edib, tarixi ədaləti bərpa edib. Ərazi bütövlüyümüz uğrunda başlanan savaşda Naftalanın qəhrəman oğulları da rəşadətlə vuruşub, Şəhidlik zirvəsinə ucalıblar. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim uca tutulur.

Tədbir iştirakçıları Novruz adət ənənələrini özündə əks etdirən, həmçinin vətənpərvərlik mövzusunda çəkilmiş rəsm əsərlərindən ibarət sərgiyə baxış keçiriblər.

Uşaqlara CHINAR Hotel & SPA Naftalan və şəhər rəhbərliyi tərəfindən qiymətli hədiyyələr təqdim olunub.

Həmçinin, respublikanın əməkdar artisti "Əsrin çempionu” Bəhram Bağırzadənin kitablarını müəllif tərəfindən oxucularına imzalayaraq paylaması uşaqlar üçün unudulmaz xatirəyə çevrilib.

Alovlandırılan möhtəşəm Novruz tonqalının hərarəti, Keçəl və Kosanın şən zarafatları tonqal ətrafına yığışan uşaqlar tərəfindən böyük coşğu ilə qarşılanıb.

Şəhid ailələri və qazilər ölkədə yaradılan əmin-amanlığa, firavan və xoş günlərə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnnətdarlıqlarını ifadə edərək respublikanın inkişafı, xalqımızın xoşbəxt gələcəyi naminə gördüyü böyük işlərdə dövlətimizin başçısına və Birinci vitse – prezident hörmətli Mehriban xanım Əliyevaya uğurlar arzulayıblar.

Sonda iştirakçılarda birgə xatirə şəkli çəkilib.
 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
16:49 25.06.2026
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
16:47 25.06.2026
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
16:30 25.06.2026
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
16:30 25.06.2026
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
16:00 25.06.2026
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
15:53 25.06.2026
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
15:52 25.06.2026
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
15:47 25.06.2026
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
FHN Aqşin Fatehin restoranını bağladı
15:43 25.06.2026
FHN Aqşin Fatehin restoranını bağladı
Prezident bu ölkədəki səfiri geri çağırdı
15:19 25.06.2026
Prezident bu ölkədəki səfiri geri çağırdı
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
15:16 25.06.2026
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
15:10 25.06.2026
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
Avropada istidən ölənlərin sayı artdı
14:49 25.06.2026
Avropada istidən ölənlərin sayı artdı
Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi
14:42 25.06.2026
Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi