“İdman Azərbaycan” “Neftçi”ni ittiham etdi

“İdman Azərbaycan” “Neftçi”ni ittiham etdi
İDMAN
10:46 30.01.2012
1788
“İdman Azərbaycan” kanalı Antalyada təşkil olunan beynəlxalq turnirdə mübarizə aparan “Neftçi” – “Metallist” matçını yayımlanmamağına aydınlıq gətirib. AZXEBER.COM-un xəbərinə görə, telekanal yaydığı bəyanatda yaranmış problemə aydınlıq gətirib.Bildirilir ki, yayımla bağlı hətta turnirin təşkilatçıları ilə razılıq da əldə olunmuş, hətta telekanalın efirində anonslar da yerləşdirilmişdi: “Ancaq son anda bizdən asılı olmayan səbəblərdən “Neftçi” - “Metallist” qarşılaşmasının yayımı baş tutmadı. Belə ki, yarışı təşkil edən “Enda Sports& Media” şirkətinin rəhbəri Metin Dalman son anda bildirdi ki, “Neftçi”nin oyunlarına maraq olmadığına və klubun turnirdə zəif komandalardan biri olduğuna görə paytaxt təmsilçisinin heç bir oyunundan canlı yayım təşkil olunmayacaq”. Beynəlxalq turnirdə teleyayımla bağlı çəkiliş hüququ olan bu şirkət “Neftçi”nin oyunundan peşəkar səviyyədə çəkiliş aparmayandan sonra “İdman Azərbaycan” kanalı da “Neftşi” - “Metallist” qarşılaşmasını yayımlaya bilmədi. Bəyanatda qeyd olunur ki, bu barədə “İdman Azərbaycan” telekanalı olaraq dərhal “Neftçi” klubunun rəhbərliyinə məlumat verilib: “Onlar da “Neftçi”nin oyunlarının yayımlanmasa belə heç bir problemin olmayacağını qeyd etmişdilər. Ancaq görünür “Neftçi”də mətbuatla iş hələ də peşəkar səviyyədə qurulmayıb. Əgər belə olmasaydı, klubun saytında heç bir məlumat almadan və səbəb olmadan “Neftçi”-“Metallist” görüşünün yayımlanmamasına görə “İdman Azərbaycan” telekanalı qeyri-peşəkar adlandırılmazdı. Bizi qeyri-peşəkar adlandıran bəzi üzdəniraqlar əvvəlcə özləri işlərində peşəkar olmalı hər hansı bir məlumatı dəqiqləşdirmədən özü də “Neftçi” kimi bir klubun saytında yerləşdirməməlidirlər. Çünki belə cılız bəyanatlar “Neftçi” kimi Azərbaycan futbolunun flaqmanı sayılan bir kluba doğrudan da yaraşmır”. Bəyanatın sonunda vurğulanır ki, “İdman Azərbaycan” kanalı indiyə qədər heç bir beynəlxalq və yerli yarışların yayımlanmasında hər hansı bir qüsura yol verməyib: “Daim Azərbaycan futbolunun ən sadiq tərəfdaşı olmuş, istər milli komandamızın, istərsə də hər bir klubumuzun həm rəsmi, həm də yoldaşlıq oyunlarını Azərbaycan futbolsevərlərinə təqdim etməyə çalışmışıq. Və bundan sonra da bu iş prinsiplərimizə sadiq qalacağıq”. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Qadınlar maddi nemətlərə kişilərdən daha çox hərisdir" - Ekspert
18:33 04.06.2026
"Qadınlar maddi nemətlərə kişilərdən daha çox hərisdir" - Ekspert
Mourinyo Türkiyəni Avropa Məhkəməsinə verdi
18:27 04.06.2026
Mourinyo Türkiyəni Avropa Məhkəməsinə verdi
"Həmin insanlarla əlaqəni kəsmək lazımdır"
18:08 04.06.2026
"Həmin insanlarla əlaqəni kəsmək lazımdır"
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
17:48 04.06.2026
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb -FOTOLAR
17:43 04.06.2026
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb -FOTOLAR
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
17:40 04.06.2026
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
17:11 04.06.2026
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
17:01 04.06.2026
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
16:54 04.06.2026
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
16:37 04.06.2026
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
16:23 04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
16:02 04.06.2026
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
16:00 04.06.2026
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
15:56 04.06.2026
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
15:53 04.06.2026
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
15:51 04.06.2026
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı