"İdman Azərbaycan"ın şərhçisi televiziyanın rəhbəri oldu

İDMAN
15:35 12.02.2019
2626

Siyavuş Əliyev direktor əvəzi təyin olunub.

 

AzTV sədrinin səlahiyyətlərini icra edən Rövşən Məmmədovun kadr islahatları davam edir. Sərəncamla tanınmış idman şərhçisi Siyavuş Əliyev "İdman-Azərbaycan” telekanalının direktor əvəzi təyin olunub.

AzNews.az xəbər verir ki, bu haqda informasiyanı AzTV-dəki mənbə bildirib.

Onun sözlərinə görə, Siyavuş Əliyev artıq öz vəzifəsinin icrasına başlayıb.

"İdman-Azərbaycan”ın direktoru vəzifəsini AzTV-nin keçmiş sədri Babək Hüseynoğlunun vaxtından sədrin köməkçisi kimi çalışan Fərman Orucov daşıyıb.

O, bu vəzifəyə 2015-ci ilin mayında sədr Arif Alışanov tərəfindən təyin edilmişdi.

Qeyd edək ki, Fərman Orucov yenə də sədrin köməkçisidir.

OXŞAR XƏBƏRLƏR