İki əsgərimiz yaralandı

İki əsgərimiz yaralandı
Bütün Xəbərlər
10:40 04.07.2014
939

Ermənistan tərəfinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun iki əsgəri yaralanıb. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən xəbərə görə, iyulun 3-ü axşam saatlarında düşmənin atəşkəsi pozması nəticəsində 1995-ci il təvəllüdlü, Bərdə rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Həsənov Nurlan Azər oğlu yaralanıb, vəziyyəti kafidir.

İyulun 4-ü gecə saatlarında isə 1989-cu il təvəllüdlü, Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir Nağıyev Anar Talıb oğlu yaralanıb, vəziyyəti sabit-ağırdır.

OXŞAR XƏBƏRLƏR