İki tanınmış jurnalistin məhkəmə çəkişməsindən yeni xəbər

İki tanınmış jurnalistin məhkəmə çəkişməsindən yeni xəbər
MEDİA
16:18 28.04.2016
1520

Bu gün Səbael rayon məhkəməsində hakim Rauf Əhmədovun sədrliyi ilə Qulu Məhərrəmli ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinin “Carcifilm” Yaradıcılıq birliyinin direktor müavini Rauf Rəcəbov arasında məhkəmə hazırlıq iclası kecirilib.

Rauf Rəcəbov bildirib ki, o vəkilin təyin olunan vaxtında məhkəmə iclasında iştirak edib.:

“Bu gün Q.Məhərrəmlinin xüsusi ittiham şikayəti ilə əlaqədar məhkəmənin hazırlıq iclası keçirildi. Mövqeyimiz ondan ibarət oldu ki, Q.Məhərrəmlinin mənə qarşı xüsusi ittiham şikayəti məhkəmə baxışına verilməməlidir. Çünki bu şikayət əsassızdır. Şikayətdə Q.Məhərrəmli məhkəməyə yanlış məlumat verərək yazır ki, guya, mən onu ağır və xüsusilə ağır cinayətlərdə ittiham etmişəm. Ancaq şikayətin məzmunundan da göründüyü kimi, Q.Məhərrəmli şikayətini əsaslandıra bilməyib, mənə qarşı ittihamları sübuta yetirilmir.

Ümumiyyətlə, məhkəmənin diqqətinə çatdırdıq ki, Q.Məhərrəmlinin təhqir olunması və ya ona böhtan atılması barədə iddiaları əsassız olduğundan işin məhkəmə baxışına verilməməsinə dair qərar qəbul olunmalıdır. Məhkəmə isə şikayətin baxılması üçün Nəsimi rayon məhkəməsinə göndərilməsinə dair qərar qəbul etdi.

Hakim qərarını qısaca olaraq belə əsaslandırdı ki, iş materiallarında 7 news.az saytının qeydiyyat ünvanı Nəsimi rayonu ərazisində olduğu və Q.Məhərrəmlinin şikayət etdiyi yazının da həmin saytda yayılmasını nəzərə alaraq belə qərar qəbul etmişdir. Bir daha bildirirəm ki, Q.Məhərrəmlinin ittihamları əsassız və yersizdir”.

Qeyd edək ki, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (ASC) sədri Arif Alışanovun professor, Əməkdar jurnalist Qulu Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmişdi. Buna səbəb Qulu Məhərrəmlinin AZTV haqqında verdiyi müsahibəsində tənqidi fikirləri olub.

Q.Məhərrəmli də öz növbəsindəiki jurnalisti - İlhamə Novruzova və Rauf Rəcəbovu onun haqqında səsləndirilən fikirlərə görə məhkəməyə verib. Jurnalistin nümayəndəsi Nicat Gözəlovun sözlərinə görə, həmin jurnalistlər mətbuatda Qulu Məhərrəmli haqqında yazılar yazıb. Qulu Məhərrəmli də hesab edir ki, həmin şəxslərin yazıları onun nüfuzuna ziyan vurur. İlhamə Novruzova ilə bağlı işə Nəsimi Rayon Məhkəməsində, Rauf Rəcəbovla bağlı işə isə Səbail Rayon Məhkəməsində baxılacaq".

OXŞAR XƏBƏRLƏR