İkitərəfli münasibətlərin inkişafında yeni mərhələ və Rəisinin son töhfəsi

İkitərəfli münasibətlərin inkişafında yeni mərhələ və Rəisinin son töhfəsi
SİYASƏT
16:16 20.05.2024
789
Azərbaycan və İran prezidentlərinin işğaldan azad edilən Cəbrayıl rayonunda keçirilən son görüşü iki ölkə arasında münasibətlərin inkişafında keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Cəbrayıl görüşü zamanı hər iki dövlət başçısının verdiyi yüksək mesajlar, münasibətlərin gələcək inkişafı ilə bağlı söylədiyi fikirlər iki qonşu dövlət arasındakı "buzları əritdi”.

Regionları birləşdirən əsas nəqliyyat-tranzit marşrutu - Ağbənd yolunun istismara verilməsi, buradan Türkiyəyə və İran vasitəsilə Fars körfəzinə yüklərin daşınmasının həyata keçirilməsi, qarşıdakı dövrdə dəmir yolunun da çəkilməsinin nəzərdə tutulması, Azərbaycanın İrandakı səfirliyinə məlum hücumu törədən şəxsin cəzalandırılması fonunda diplomatik nümayəndəliyin gələn ay yenidən fəaliyyətini davam etdirməsi gələcək münasibətlərin inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edir. Eləcə də işğaldan azad edilən torpaqlarımızın regionun inkişafına verdiyi misilsiz töhfənin nəticəsidir.

Görüş zamanı hər iki prezidentin söylədiyi fikirlər də diqqətdən yayınmır. İlham Əliyevin "Bugünkü görüş və mərasim İran-Azərbaycan əlaqələrinin tarixində gözəl, parlaq səhifə kimi qalacaq. Çünki bu gün açılışını edəcəyimiz layihə həm texniki nöqteyi-nəzərdən çox önəmlidir, eyni zamanda, iki xalqı, iki dövləti daha da sıx birləşdirəcək” bəyanatına iranlı həmkarının "Çox xoşbəxtəm ki, Azərbaycan Respublikasının hörmətli Prezidenti cənab İlham Əliyev ilə yenə də bir daha yaxından görüşürük və birgə müzakirəmizi yenidən nəzərdən keçiririk. Böyük xoşbəxtlik ondan ibarətdir ki, bu görüş bir yerdə baş tutur, burada böyük bir layihə həyata keçirilib və bu, iki xalq üçün çox uğurlu bir görüşdür. Hazırda biz istismara verilməsi iki xalq və iki dövlət üçün çox əhəmiyyət kəsb edən bir layihənin açılışında iştirak edirik” açıqlaması ikitərəfli münasibətlərin inkişafı istiqamətində birgə siyasi iradənin nümayişi idi.

İran prezidenti  Seyid İbrahim Rəisinin və digər dövlət məmurlarının qəzaya uğraması, qəza nəticəsində həyatlarını itirməsi İranda olduğu kimi, dost Azərbaycanda da dərin kədər hissi ilə qarşılandı. Prezident İlham Əliyev hadisəyə reaksiya verən ilk dövlət başçısı olaraq öz dəstəyini İrana təklif etdi. Rəsmi Tehranın da bildirdiyi kimi, sırf texniki səbəblərdən baş verən və İbrahim Rəisi də daxil olmaqla, yüksək rütbəli İran rəsmilərinin həlak olması ilə nəticələnən bu hadisədən sonra ilk başsağlığı verən dövlət başçılarından biri də İlham Əliyev oldu. Ermənistanın Azərbaycan-İran əlaqələrinin inkişafına mane olmaq cəhdləri, bəzi hallarda isə təəssüf ki, buna nail olması fonunda hər iki ölkə rəhbərinin səmimi həmrəylik çağırışları sonrası belə bir hadisənin baş verməsi dərin məyusluq doğurur. Şübhəsiz ki, İran hökuməti hadisənin hansı zəmində və necə baş verdiyini dəqiq bilir və bəzi təxribatçı qüvvələrin "suyu bulandırmaq” cəhdləri nəticəsiz qalacaq.

1960-cı ildə Məşhəd doğumlu İbrahim Rəisi dövlət başçısı seçilənə qədər uzun müddət hüquq-mühafizə orqanlarında çalışıb və Tehranın baş prokuroru vəzifəsinə qədər yüksəlib. 1964-cü ildə İranın Damqan şəhərində anadan olan xarici işlər naziri Hüseyin Əmir Abdullahiyan bu təyinatadək İranın Xarici Siyasət İdarəsi rəhbərinin müavini olub və ölkəsini nüvə danışıqlarında təmsil edib. Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati və Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim də İranda xüsusi nüfuz sahibi olublar.

Heç şübhəsiz ki, sağlam təməllər üzərində qurulan və İranla kitərəfli əlaqələri inkişaf etdirmək istiqamətində siyasət qarşıdakı dövrdə də uğurla davam edəcək. 

Allah rəhmət eləsin!

Müəllif: Azər Niftiyev
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” (RƏY)
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” (RƏY)
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
16:00 25.06.2026
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
15:53 25.06.2026
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
15:52 25.06.2026
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
15:47 25.06.2026
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
FHN Aqşin Fatehin restoranını bağladı
15:43 25.06.2026
FHN Aqşin Fatehin restoranını bağladı
Prezident bu ölkədəki səfiri geri çağırdı
15:19 25.06.2026
Prezident bu ölkədəki səfiri geri çağırdı
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
15:16 25.06.2026
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
15:10 25.06.2026
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
Avropada istidən ölənlərin sayı artdı
14:49 25.06.2026
Avropada istidən ölənlərin sayı artdı
Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi
14:42 25.06.2026
Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi
Azərbaycanda hərbçilərlə bağlı qərar - Prezident təsdiqlədi
14:40 25.06.2026
Azərbaycanda hərbçilərlə bağlı qərar - Prezident təsdiqlədi
Mütəxəssislər xəbərdarlıq edir: Skoliozun ən kritik dövrü bu yaş arasıdır
14:38 25.06.2026
Mütəxəssislər xəbərdarlıq edir: Skoliozun ən kritik dövrü bu yaş arasıdır
Azərbaycanda Rəqəmsal İstehlak Vərdişləri və Mobil Mikro Maliyyələşmə
14:36 25.06.2026
Azərbaycanda Rəqəmsal İstehlak Vərdişləri və Mobil Mikro Maliyyələşmə
Həşəratların hücumuna məruz qalan aktyor xəstəxanalıq oldu
14:20 25.06.2026
Həşəratların hücumuna məruz qalan aktyor xəstəxanalıq oldu