‘İlham Əliyev Agentliyin və ilk "ASAN" mərkəzinin açılışını etdi’ - MÜSAHİBƏ

‘İlham Əliyev Agentliyin və ilk "ASAN" mərkəzinin açılışını etdi’ - MÜSAHİBƏ
Bütün Xəbərlər
12:53 30.12.2012
1396

AZXEBER.COM-un məlumatına görə, Trend Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun mətbuata müsahibəsini təqdim edir. - 2012-ci ilin yekunlarını necə qiymətləndirirsiniz? - Yola saldığımız 2012-ci il mühüm sosial-iqtisadi inkişafla, beynəlxalq aləmdə Azərbaycanın uğurları ilə, dövlət orqanlarında bir sıra əhəmiyyətli islahatlarla, institusional dəyişikliklərlə, yeni texnologiyaların və innovasiyaların tətbiqi ilə yadda qaldı. Burada Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və "ASAN xidmət" mərkəzlərinin yaradılması və fəaliyyətinin təşkili ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 13 iyul və 5 sentyabr tarixli Fərmanlarını xüsusi qeyd etmək istəyirəm. Bu gün isə artıq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Agentliyin və ilk "ASAN" mərkəzinin açılışını etdi. - Mərkəzin fəaliyyətində əsas məqsəd nə olacaq? - Hər iki Fərmanda "ASAN xidmət" mərkəzlərinin fəaliyyətlərinin məqsəd və prinsipləri qeyd edilmiş, vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi, şəffaflığın təmin edilməsi ilə bağlı konkret tapşırıqlar verilmişdir. "ASAN xidmət" mərkəzlərinin əsas məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaş məmnunluğunun, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin - "dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir" yanaşmasının formalaşdırılmasıdır. Cənab Prezident tərəfindən bu mərkəzlərdə xidmətlərin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməsi tapşırılmışdır. Yəni, xidmət operativ və şəffaf həyata keçirilməli, etik davranış qaydalarına ciddi əməl edilməli, vəzifələrin icrasına məsuliyyətlə yanaşılmalı və xidmətdən yararlanan vətəndaşın maksimum rahatlığı təmin edilməlidir. Bir sözlə, dövlət orqanı vətəndaş qarşısında vəzifələrini yerinə yetirərkən vətəndaş məmnunluğunu təmin etməlidir. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "ASAN xidmət" mərkəzinin açılışı zamanı xidmətlərin daha da təkmilləşdirilməsi istiqamətində əlavə tapşırıqlar vermiş və vətəndaşların sorğularının yüksək səviyyədə təmin olunmasını əsas vəzifə kimi müəyyən etmişdir. - "ASAN" mərkəzlərində xidmətlərin göstərilməsində hansı yeni texnologiyalardan, metodlardan istifadə ediləcək? - Bu ilk "ASAN" xidmət mərkəzidir və o, yanvar ayının 15-də fəaliyyətə başlayacaq. Bakının bir sıra rayonlarında və regionlarda analoji mərkəzlərin açılması da nəzərdə tutulur. "ASAN xidmət" mərkəzində vətəndaşlara dövlət orqanları tərəfindən göstərilən xidmətlərin daha keyfiyyətli və yeni üslubda, müasir innovasiyalar tətbiq edilməklə göstərilməsini nəzərdə tutan bir sıra işlər görülmüşdür. "ASAN xidmət" mərkəzində qəbul elektron növbə əsasında həyata keçiriləcəkdir. Mərkəzdə yerləşdirilmiş elektron lövhələr və işarələr məlumat əldə edilməsini asanlaşdıracaqdır. Mərkəz daim internetə açıq olan kompüterlərlə təchiz edilmiş və burada bütün növ elektron xidmətlərdən yararlanmaq üçün şərait yaradılmışdır. Mərkəzdə quraşdırılmış data-mərkəzin digər dövlət orqanlarının informasiya sistemləri ilə inteqrasiyası təmin edilmişdir ki, bu da, xidmətlərin göstərilməsi üçün tələb olunan müvafiq sənədləri vətəndaşdan tələb etmədən, həmin sənədlər barədə informasiyanın dövlət orqanlarının məlumat bazaları vasitəsilə əldə edilməsinə imkan verir. Bundan əlavə, mərkəzdə vətəndaşların gözləməsi və vaxtını səmərəli keçirməsi üçün funksional yardımçı xidmətlər - uşaq əyləncə mərkəzi, tibb xidməti, qan analizləri laboratoriyası, kafe, bank, poçt şöbələri, foto-studiya fəaliyyət göstərir və xidmət üçün nəzərdə tutulmuş rüsumların ödənilməsi məqsədi ilə pay point, bankomat aparatları yerləşdirilmişdir. Agentlikdə yaradılmış "Çağrı" (Call Center) mərkəzi vasitəsilə vətəndaş mərkəzə gəlmədən internet və ya telefonla bütün xidmət növləri, tələb edilən sənədlər barədə məlumat ala, növbə tuta bilər. "Çağrı" (Call Center) mərkəzi, eyni zamanda, videoqəbul vasitəsilə vətəndaşlara informasiya xidmətini həyata keçirəcəkdir. Çağrı Mərkəzinin fəaliyyətə başlaması yanvar ayının sonu üçün nəzərdə tutulmuşdur. Agentlikdə yaradılmış İnnovasiyalar mərkəzi dövlət xidmətlərinin sadələşdirilməsi ilə əlaqədar araşdırmaların aparılmasını, innovativ ideyaların sınaqdan keçirilməsini, eyni zamanda müasir informasiya texnologiyalarının tətbiqi ilə bağlı dövlət orqanlarının əməkdaşlarına treninqlərin keçirilməsini təmin edəcəkdir. - Bəs korrupsiya hallarının istisna edilməsi üçün hansı tədbirlər görülmüşdür? - Bilirsiniz ki, dövlət orqanı ilə vətəndaş arasında birbaşa təmasın minimuma endirilməsi, korrupsiyaya şərait yaradan halların qarşısının alınması məqsədi ilə cənab Prezident tərəfindən elektron xidmətlərə keçidin sürətləndirilməsi ilə bağlı ciddi tapşırıqlar verilmişdir. İnnovasiyalar mərkəzi dövlət orqanları tərəfindən göstərilən hər bir xidməti təhlil edərək, onların elektron formada həyata keçirilməsi üçün müvafiq proqram təminatının, informasiya sistemlərinin, məlumat bazalarının və elektron xidmətlər reyestrinin yaradılması və təkmilləşdirilməsi üzrə fəaliyyəti həyata keçirəcəkdir. Avropada e-government konsepsiyası öz yerini mobile-government konsepsiyasına təhvil verməkdədir. Bir sıra qabaqcıl Avropa dövlətlərində yeni konsepsiyanın həyata keçirilməsinə başlanılmış, müsbət nəticələr əldə edilmişdir. İnnovasiya mərkəzində mobile-government konsepsiyasının ölkədə tətbiqi ilə bağlı layihə işlənilərək bir sıra xidmətlərdə tətbiq ediləcəkdir. Mərkəzdə korrupsiya hallarının qarşısının alınması məqsədi ilə hər bir xidməti pəncərələrdə xidmət proseduru fasiləsiz olaraq videokamera vasitəsilə qeydiyyata alınacaqdır. Agentlik mərkəzdə həyata keçirilən xidmətlərin keyfiyyətinə, şəffaflığa, etik qaydalara riayət olunmasına nəzarət edəcək və xidmətlər üzrə qiymətləndirmələr aparacaq, qiymətləndirmələrin nəticələri və aşkar olunan neqativ hallar barədə Azərbaycan Respublikasının Prezidentinə daim məlumat verəcəkdir. Sonda onu da qeyd etmək istərdim ki, "ASAN xidmət" müasir innovativ konsepsiya olaraq artıq bir sıra dövlətlər və beynəlxalq təşkilatların diqqətini cəlb etmiş və onun fəaliyyəti ilə yaxından tanış olmağa ciddi maraq göstərirlər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
00:16 19.04.2026
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
23:50 18.04.2026
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir