İlham Əliyev: Azərbaycan əhalinin həyat səviyyəsini Avropa Birliyi standartlarına çatdırmağa çalışır

SİYASƏT
16:20 22.01.2020
7248
Azərbaycan hökumətinin əsas vəzifəsi ölkə əhalisinin həyat səviyyəsi meyarlarını yaxşılaşdırmaq və onları Avropa Birliyi standartlarına yaxınlaşdırmaqdır.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Davosda Dünya İqtisadi Forumunun "Strateji baxış: Avrasiya” konfransında bildirib.

"Əvvəlki illərdə infrastruktur layihələrinə cox ciddi sərmayə yatırdıq. Məhz buna görə Azərbaycan Ümumdünya İqtisadi Forumun qiymətləndirmələrinə əsasən enerjiyə çıxış üzrə ikinci yeri tutur, ölkədə qazlaşdırılmanın səviyyəsi 96 faiz təşkil edir”, - dövlət başçısı qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanda 16 min kilometr yol çəkilib, üç mindən çox məktəb, 700 xəstəxana inşa edilib.

"Bu dövlətin investisiya proqramının bir hissəsidir. Ancaq bu gün bizə idarəçiliyə yeni yanaşma – şəffaflıq və hesabatlılıq gərəkdir. Biz həyat səviyyəsi meyarlarımızı yaxşılaşdırmalı və onları AB-nin standartlarına yaxınlaşdırmalıyıq. Hesab edirəm ki, buna nail olmaq mümkündür, çünki bizim ciddi siyasi dəstəyimiz var”, - İlham Əliyev deyib.

Dövlət başçısı ölkənin iqtisadi artımının demoqrafik artıma uyğun gəlməli olduğunu vurğulamaqla qeyd edib ki, Azərbaycanın yeni hökuməti səylərini əsas çağırışlara yönəldəcək.

"Müstəqillik illəri ərzində ölkə əhalisi yeddi milyondan 10 milyon nəfərə yüksəlib, demək, əlavə infrastruktur, əlavə ərzaq tədarükü lazımdır. Azərbaycan əhalisi hər il 100 min nəfərdən çox artır, bu isə o deməkdir ki, bizə illik 100 min yeni iş yeri lazımdır. Bu asan deyil, buna görə də hökumət yoxsulluğun səviyyəsini minimum – 5 faizdən aşağı həddə saxlamağa çalışır”, - prezident qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan rəhbərliyi 2019-cu ildə 2,5 faiz təşkil edən inflyasiyanı saxlamağa çalışır.

"Əhalinin gəlirlərinin artımı həmişə inflyasiyanı üstələməlidir, eyni zamanda, iş yerlərinin yaradılması templəri də demoqrafik artımı üstələməlidir”, - İ.Əliyev deyib.

Prezident Azərbaycanın xarici borcu azaltmağa çalışdığını vurğulayıb.

"Bu gün xarici borcumuz ÜDM-in 17 faizini təşkil edir, lakin biz bu göstəricini ÜDM-in 10 faizinə qədər azaltmaq istəyirik”, - İ.Əliyev qeyd edib.
 
\oxu.az

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:22 29.09.2020

Qətər Əmiri İlham Əliyevlə Qarabağ münaqişəsini müzakirə etdi

23:20 29.09.2020

Düşmən yenidən Tərtərdə mülki əhalini atəşə tutdu - ölən var

23:18 29.09.2020

Ermənistan ordusunun mövqeləri darmadağın edildi - Müdafiə Nazirliyi

23:09 29.09.2020

İlham Əliyev: “Ermənistan bir neçə aydır Azərbaycana qarşı təcavüzə hazırlaşır”

23:04 29.09.2020

Hərbi attaşelər cəbhədə baş verənlərlə bağlı məlumatlandırılıb

23:02 29.09.2020

Erməni filmi Moskva Beynəlxalq Kino Festivalının proqramından çıxarıldı

22:51 29.09.2020

“Telegram”ın ən böyük rus və erməni kanalları da “Qarabağ Azərbaycandır” dedi - SORĞU

22:48 29.09.2020

XİN rəhbəri: “Bölgədə yaşanan gərginliyə görə məsuliyyət Ermənistanın üzərindədir”

22:33 29.09.2020

İlham Əliyev Qarabağ münaqişəsi ilə bağlı Rusiya telekanalında çıxış edib - TAM MƏTN

22:11 29.09.2020

Erməni əsgərləri səngərdə ağlayır: “Bizi tək qoyublar” - VİDEO

21:52 29.09.2020

Paşinyan Putinə zəng etdi

21:49 29.09.2020

Ceyhun Bayramov litvalı həmkarı ilə Qarabağı müzakirə etdi

21:47 29.09.2020

Ağdamda yaşayış evinə top mərmisi düşdü

21:38 29.09.2020

Neftin qiyməti kəskin azalır

21:37 29.09.2020

Azərbaycanın Baş prokuroru Rusiyanın Baş prokuroruna müraciət etdi

21:35 29.09.2020

“Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” sözündən sonra hansı danışıqlardan söhbət gedə bilər?”

X Mostbet