İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərini təbrik etdi

İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərini təbrik etdi
SOSİAL
17:29 20.09.2019
5488
Prezident İlham Əliyev "Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər günü münasibətilə Azərbaycanın neft sənayesi işçilərinə təbrik məktubu ünvanlayıb. 

Təbrik mətnində deyilir:  

"Hörmətli neft sənayesi işçiləri!

Sizi ölkəmizin həyatında mühüm strateji rol oynamış "Əsrin müqaviləsi”nin 25 illiyi və peşə bayramınız olan "Neftçilər Günü” münasibətilə ürəkdən təbrik edirəm.

"Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri”, "Çıraq” yataqlarının və "Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü” haqqında 1994-cü il 20 sentyabr tarixli Saziş müstəqil Azərbaycanın gələcək inkişafının başlıca mənbəyinə çevrilmiş, onun dinamik templə sonrakı davamlı yüksəlişini təmin etmişdir.

Dövlət müstəqilliyimizin ilk illərindəki gərgin geosiyasi şəraitdə xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi qətiyyəti nəticəsində imzalanmış və yüksək dəyərləndirilərək "Əsrin müqaviləsi” adını qazanmış bu Saziş respublikamızın iqtisadi suverenliyini əks etdirən ilk beynəlxalq neft anlaşması idi.

Müqavilə bütövlükdə regionun enerji xəritəsini köklü şəkildə dəyişərək Xəzər dənizi hövzəsində əməkdaşlığa əlverişli zəmin yaratmışdır. Bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu enerji strategiyasının ölkəmizin qısa vaxtda dünya iqtisadiyyatına inteqrasiyası və beynəlxalq mövqelərinin güclənməsində müstəsna əhəmiyyəti vardır.

Azərbaycan nefti və qazı bu gün dünyada sülhün, təhlükəsizliyin və tərəqqinin amillərindəndir. Ölkəmizin təşəbbüsü və liderliyi ilə Cənub Qaz Dəhlizi çərçivəsində gerçəkləşdirilən işlər Azərbaycanın potensialını nümayiş etdirir. Respublikamız, eyni zamanda, aparıcı xarici neft şirkətləri ilə ötən illərdə uğurlu əməkdaşlıq formatı reallaşdırmışdır.

Tərəfdaşların təşəbbüsü ilə "Əsrin müqaviləsi”nin yenidən işlənməsi və sazişin müddətinin 2050-ci ilədək uzadılması bunun aydın təzahürüdür. Regional və qlobal əhəmiyyətli neft, qaz layihələrində ölkəmizi layiqincə təmsil edən və dünya enerji bazarında mövqelərini möhkəmləndirən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin həyata keçirdiyi investisiya layihələri isə ölkəmizin iqtisadi qüdrətini təcəssüm etdirir.

"Əsrin müqaviləsi”nin misilsiz uğurları neftçilərimizin fədakar əməyinin bəhrəsidir. Məhz onların sayəsində Azərbaycan neft sənayesinin geniş infrastrukturuna malik olub, dünyada neft ölkəsi kimi tanınmışdır. Neftlə bağlı ən müxtəlif istiqamətlər üzrə görkəmli alim və mütəxəssislərimiz zəngin neft-qaz sərvətlərinin Vətənimizin yüksəlişi naminə istifadəsi üçün nəhəng işlər görmüş, ölkəmizin neft salnaməsinə parlaq səhifələr yazmışlar.

Azərbaycan neftçilərinin indiki nəsli olaraq siz onların yolunu böyük müvəffəqiyyətlə davam etdirirsiniz. Bu yolda hamınıza yeni nailiyyətlər arzulayıram”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
13:00 21.08.2025
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
12:59 21.08.2025
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
12:51 21.08.2025
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
12:28 21.08.2025
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
12:23 21.08.2025
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
12:22 21.08.2025
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
Bölgələrdəki dönər zəhərlənmələri ilə bağlı AQTA-dan AÇIQLAMA
12:20 21.08.2025
Bölgələrdəki dönər zəhərlənmələri ilə bağlı AQTA-dan AÇIQLAMA
Rəqsanənin əri Fazil Əmiraslanov istintaqa cəlb olundu
11:54 21.08.2025
Rəqsanənin əri Fazil Əmiraslanov istintaqa cəlb olundu
Naxçıvanda müayinəyə gələn hamilə xəstəxanada ölüb
11:52 21.08.2025
Naxçıvanda müayinəyə gələn hamilə xəstəxanada ölüb
Dağıstan-Azərbaycan sərhədində bir nəfər əcnəbi saxlanıldı
11:49 21.08.2025
Dağıstan-Azərbaycan sərhədində bir nəfər əcnəbi saxlanıldı
Mingəçevir şəhər əhalisinin su və kanalizasiya təchizatı yaxşılaşdırıldı - VİDEO
11:47 21.08.2025
Mingəçevir şəhər əhalisinin su və kanalizasiya təchizatı yaxşılaşdırıldı - VİDEO
AQTA: Şəmkirdə 20 nəfərin zəhərləndiyi kafenin fəaliyyəti məhdudlaşdırılıb
11:45 21.08.2025
AQTA: Şəmkirdə 20 nəfərin zəhərləndiyi kafenin fəaliyyəti məhdudlaşdırılıb
Filiala getmədən ödənişsiz rəqəmsal kart əldə et
11:43 21.08.2025
Filiala getmədən ödənişsiz rəqəmsal kart əldə et
Zelenski: Putinlə görüş Türkiyədə, İsveçrədə və ya Avstriyada ola bilər
11:41 21.08.2025
Zelenski: Putinlə görüş Türkiyədə, İsveçrədə və ya Avstriyada ola bilər
Azərbaycanda kanal rəhbəri həbs edildi
11:31 21.08.2025
Azərbaycanda kanal rəhbəri həbs edildi
Demet Akalının Bakıda konserti olacaq - Bu tarixdə
11:23 21.08.2025
Demet Akalının Bakıda konserti olacaq - Bu tarixdə