İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb

İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb
SİYASƏT
10:10 15.06.2025
682
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Yeni dünya nizamı: geosiyasi aspektlәr və qlobal çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.

AZXEBER.COM məlumatına görə, müraciətdə deyilir:

"Hörmətli konfrans iştirakçıları!

Sizi "Yeni dünya nizamı: geosiyasi aspektlәr vә qlobal çağırışlar” mövzusunda Şuşada keçirilən beynəlxalq konfransda səmimi-qəlbdən salamlayıram.

Müasir dövrdə dünyada olduqca mürəkkəb geosiyasi hadisələr baş verir. Milli, regional və qlobal təhlükəsizliyə qarşı çoxsaylı təhdidlərin yaranması və ölkələrin müxtəlif siyasi, hərbi, iqtisadi, mədəni, humanitar, ekoloji çağırışlarla üzləşməsi fonunda beynəlxalq münasibətlər sistemində yeni güc mərkəzlərinin meydana çıxması və yeni dünya nizamına keçid prosesi müşahidə olunmaqdadır. Belə bir şəraitdə dövlət maraqlarının, ölkələrin müstəqilliyinin və suverenliyinin qorunması, sülh, sabitlik, əməkdaşlıq və çoxtərəfli inkişaf naminə səylərin birləşdirilməsi müstəsna əhəmiyyətə malikdir.

BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı birləşmələrinin tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinə baxmayaraq, 30 ilə yaxın ərazisinin 20 faizi işğal altında olmuş Azərbaycan ikili standartlarla, qərəzli və ədalətsiz münasibətlə üzləşmişdi. 44 günlük Vətən müharibəsi və 1 günlük antiterror əməliyyatı nəticəsində ölkəmiz ərazi bütövlüyünü və suverenliyini öz gücü ilə tam bərpa etdi. Beləliklə, müasir Azərbaycan dövlətini dərin sosial, iqtisadi və siyasi böhrandan qurtaran dahi şəxsiyyət, milli dövlətçilik ideologiyasının yaradıcısı Ümummilli Lider Heydər Əliyevin arzuladığı qalib və qüdrətli Azərbaycan dövləti formalaşdı.

Ədalətli dünya nizamının tərəfdarı olduğunu hər zaman əməli fəaliyyəti ilə nümayiş etdirən Azərbaycan nəinki yerləşdiyi Cənubi Qafqaz regionunun, həm də bütövlükdə Avrasiyanın dialoq və əməkdaşlıq məkanına çevrilməsinin tərəfdarı kimi çıxış edir. Dost və tərəfdaş ölkələrlə birlikdə həyata keçirdiyimiz layihələr regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verir, həm Şərq ilə Qərb, həm də Şimal ilə Cənub arasında konstruktiv və perspektivli işbirliyinə əlverişli zəmin yaradır. Dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etmiş Azərbaycan Bandunq Prinsiplərinə daim sadiq qalaraq ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə müdafiə etmişdir.

Bu gün ədalətli dünya naminə yeni geosiyasi nizamın formalaşması dövlətlərin siyasi məsuliyyət prinsipinə əsaslanan ardıcıl və məqsədyönlü fəaliyyətindən asılıdır. Ölkələr məhz qarşılıqlı hörmət və etimada, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, müasir çağırışlara cavab verən səmərəli işbirliyi həyata keçirməklə bu prosesə layiqli töhfə verə bilərlər.

2025-ci il "Konstitusiya və Suverenlik İli” kimi Respublikamızda təntənəli şəkildə qeyd olunur. Azərbaycan milli maraqları rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini cəsarətlə davam etdirir, öz konstitusiyasına, suveren hüquqlarına əsaslanaraq sülh, əməkdaşlıq və davamlı inkişaf naminə yeni dünya nizamının fəal iştirakçısı olmağa çalışır.

Azərbaycanın Milli Qurtuluş Günündə Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə baş tutan bu mötəbər tədbirin dünyada cərəyan edən aktual məsələlərin müzakirəsi baxımından məhsuldar olacağına və ölkələrimiz arasında çoxşaxəli münasibətlərin inkişafına təkan verəcəyinə əminliyimi ifadə edərək, konfransın işinə uğurlar arzulayıram"
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əlcəzairdə yol qəzası olub, 25 nəfər ölüb
19:10 31.07.2026
Əlcəzairdə yol qəzası olub, 25 nəfər ölüb
Tramp Seutadakı miqrant böhranını ABŞ-ın gələcəyi ilə müqayisə etdi
18:58 31.07.2026
Tramp Seutadakı miqrant böhranını ABŞ-ın gələcəyi ilə müqayisə etdi
Xəzər rayonunda 45 kiloqram narkotik vasitə aşkarlandı
18:42 31.07.2026
Xəzər rayonunda 45 kiloqram narkotik vasitə aşkarlandı
Küveyt İranın pilotsuz uçuş aparatlarını vurduğunu açıqladı
18:26 31.07.2026
Küveyt İranın pilotsuz uçuş aparatlarını vurduğunu açıqladı
Bu nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
18:10 31.07.2026
Bu nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
Azərbaycan–Qırğızıstan əlaqələri: Orta Dəhlizdən QHT əməkdaşlığınadək
18:02 31.07.2026
Azərbaycan–Qırğızıstan əlaqələri: Orta Dəhlizdən QHT əməkdaşlığınadək
Ramiz Mehdiyevin ailəsinə məxsus bankın lisenziyası ləğv edildi
17:54 31.07.2026
Ramiz Mehdiyevin ailəsinə məxsus bankın lisenziyası ləğv edildi
Birinci xanımlar reabilitasiya mərkəzi ilə tanış olublar - FOTOLAR
17:46 31.07.2026
Birinci xanımlar reabilitasiya mərkəzi ilə tanış olublar - FOTOLAR
Telefon almazdan əvvəl bunu bilin: Hansı markalar daha etibarlıdır?
17:29 31.07.2026
Telefon almazdan əvvəl bunu bilin: Hansı markalar daha etibarlıdır?
İspaniya Baş naziri: Sebteyə miqrant axını ərazi bütövlüyümüzə təhdiddir
17:25 31.07.2026
İspaniya Baş naziri: Sebteyə miqrant axını ərazi bütövlüyümüzə təhdiddir
Qırğızıstanda “Baku Resort & Spa” açıldı - FOTOLAR
17:14 31.07.2026
Qırğızıstanda “Baku Resort & Spa” açıldı - FOTOLAR
HƏMAS: Qəzzada hərtərəfli atəşkəs razılaşmasını qəbul etmişik
16:58 31.07.2026
HƏMAS: Qəzzada hərtərəfli atəşkəs razılaşmasını qəbul etmişik
Rusiya və Ukraynada oxuyan tələbələr Azərbaycan universitetlərinə köçürülə bilər?- AÇIQLAMA
16:41 31.07.2026
Rusiya və Ukraynada oxuyan tələbələr Azərbaycan universitetlərinə köçürülə bilər?- AÇIQLAMA
TuranBank Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı
16:26 31.07.2026
TuranBank Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı
150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb
16:14 31.07.2026
150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
16:04 31.07.2026
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir