İlham Əliyev Mehriban Əliyevanın işindən danışdı - VİDEO

SİYASƏT
10:26 30.04.2013
3445
Prezident İlham Əliyev Azərbaycanın birinc xanımı, Bakıda keçiriləcək I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevadan razılığını bildirib. Onun bu sahədə böyük təcrübəsi olduğunu deyən ölkə rəhbəri bildirib ki, Mehriban Əliyeva daha əvvəl təşkilatçılıq sahəsində böyük uğurlara imza atıb: “Onun “Eurovision” mahnı müsabiqəsinin təşkilat komitəsinə sədrliyi uğurlu olub. Avropa Yayım Birliyi, eləcə də bu cür tədbirlərin təşkilatçılarının fikirlərinə görə müsabiqə çox uğurlu şəkildə təşkil edilib, bu son illərdə ən yaxşı müsabiqələrdən biri olub. Onun yaxşı təcrübəsi var. O da, həmçinin Olimpiya ailəsinin üzvüdür. On ildən artıqdır o, Azərbaycan Milli Gimnastika Federasiyasının prezidentidir. O, Milli Olimpiya Komitəsinin üzvüdür”.Bu gün də Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti olduğunu xatırladan İlham Əliyev hələ də bu vəzifədə çalışdığı üçün fəxr etdiyini vurğulayıb: “Fəxr edirəm ki, ölkənin prezidenti olmamışdan 6 il əvvəl, 1997-ci ildən Milli Olimpiya Komitəsinin prezidentiyəm. Bu, onu göstərir ki, mən prezident kimi öz vəzifəmdən istifadə edərək Olimpiya Komitəsinin rəhbəri olmamışam. Mən Olimpiya ailəsindən bu vəzifəyə gəlmişəm. Açığını desəm, çox şadam ki, mən hələ də bu vəzifədəyəm, çünki bu, necə deyərlər, ümumiyyətlə, bizim siyasətin istiqamətini göstərir və həmçinin müəyyən mənada idmançılarda əlavə inam yaradır”.

OXŞAR XƏBƏRLƏR