İlham Əliyev: “SOCAR Trading” ən iri treydinq şirkətlərindən biridir - VİDEO

MANŞET
17:44 28.01.2020
6446
"Bu gün "SOCAR Trading” şirkəti ən iri treydinq şirkətlərindən biridir və onun satdığı neftin çox hissəsi Azərbaycanda hasil edilməyən neftdir”, - Azərbaycan Prezidenti İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Rusiyanın "Rossiya-24” telekanalına müsahibəsi zamanı bildirib.

Bu sözlər jurnalistin Azərbaycanın Belarus Respublikasına neft göndərməsinin mümkünlüyü ilə bağlı sualına cavab olaraq söylənilib.

Dövlət başçısı qeyd edib ki, bir neçə il əvvəl ölkəmiz Belarusa neft tədarük edib, lakin sonradan proses Belarus tərəfinin təşəbbüsü ilə dayandırılıb. Ancaq bu gün yenidən prosesin bərpası zərurəti yaranarsa, "SOCAR Trading” asanlıqla bunun öhdəsindən gələ bilər.

Düzdür, əvvəlcə tərəflərin, daha doğrusu, müvafiq şirkətlərin qiymət, logistika və müqavilə öhdəlikləri ilə bağlı məsələlər razılaşdırılmalı və nəzərdən keçirilməlidir.

Azərbaycan Dövlət Neft Şirkəti bir neçə il əvvəl özünü qlobal və beynəlxalq miqyasda təqdim etdikdə, təkcə dünyanın müxtəlif ölkələrində neft emalı və neft-kimya zavodlarının inşası, həmçinin, yanacaqdoldurma məntəqələri şəbəkəsinə sahib olmağı nəzərdə tutan investisiya layihələrini deyil, həm də SOCAR-ın 2008-ci ildə yaradılan və mənzil qərargahı Cenevrədə yerləşən "SOCAR Trading” törəmə şirkətinin birbaşa işini də nəzərdə tuturdu.

İlk mərhələdə şirkət dünya bazarına Azərbaycanın yüksək keyfiyyətli yüngül neftini (Azeri Light) satırdı. Söhbət SOCAR-ın Türkiyədə Aralıq dənizindəki Ceyhan limanından xam neft ixacı həcminin əsas hissəsindən gedir.

Şirkət daha sonra böyüdükcə ABŞ, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Sinqapur və digər ölkələrdə nümayəndəliklər açdı və Avropa, Asiya və Amerika ölkələrinə çatdırılma coğrafiyasını genişləndirdi.

Bütün bu fəaliyyət illəri ərzində şirkət yalnız gəlirini artırmağı deyil, həm də tərəfdaşlıq fəaliyyətinin etibarlılığı sayəsində uzunmüddətli öhdəliklərini artırmağı da bacardı. "SOCAR Trading” işi elə düzgün qura bildi ki, uzun müddətdir nəinki Azərbaycan neftinin satışı ilə məşğul oldu, hətta bazar şərtlərinə uyğunlaşaraq işindəki prioritetləri dəyişdirə bildi, məsələn, mazutdan maye qaza yönəldi.

Elə buna görə də Prezident İlham Əliyev Azərbaycanın hər zaman istənilən tərəfdaş ölkəyə kömək əlini uzada biləcəyi və onu kifayət qədər yanacaqla təmin edəcəyi barədə fikirlərində bu qədər əmindir.
 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

14:40 29.09.2020

Ordumuz üçün könüllü qan verənlər izdiham yaratdı - FOTO

14:29 29.09.2020

Müdafiə Nazirliyi: "Madagizdəki Ermənistan ordusunun alayı tamamilə demoralizə olunub"

14:23 29.09.2020

Ordumuz tərəfindən öldürülən erməni komandirinin vəsiqəsinin fotoları yayılıb - FOTO

14:19 29.09.2020

XİN: Azərbaycan Ordusu əks-hücumlarda beynəlxalq humanitar hüquqa tam və qətiyyətlə riayət edir

14:09 29.09.2020

Rusiya Dövlət Dumasından Dağlıq Qarabağdakı vəziyyətlə bağlı BƏYANAT

14:04 29.09.2020

Raquf Orucovun həyat yoldaşı: “Azərbaycan ordusu yeni tarix yazır”

14:03 29.09.2020

İlham Əliyev: Jurnalistlər həbsxanada ölür, siyasi müxalifət sıxışdırılır

13:57 29.09.2020

Rusiyaya aid yük maşınlarının Ermənistana keçirilməsi dayandırıldı

13:54 29.09.2020

İran XİN: “Silah aparılması üçün ölkəmizin ərazisindən istifadə edilməsinə əsla icazə vermərik”

13:44 29.09.2020

İlham Əliyev: “Beynəlxalq ictimaiyyət ağılsız diktatoru dayandıra bilmirsə, Azərbaycan dayandıracaq”

13:40 29.09.2020

Angela Merkel İlham Əliyevə zəng edib

13:38 29.09.2020

Hikmət Hacıyev: "Ermənistanın Azərbaycana təcavüzü onların öz ərazisindən də həyata keçirilir"

13:38 29.09.2020

Ordumuzun dron-kamikadzesinin gizlənməyə çalışan düşmənləri məhv etməsinin görüntüləri - ANBAAN VİDEO

13:36 29.09.2020

“Ermənistan ordusunun alay komandiri ağır yaralanıb”

13:21 29.09.2020

ABŞ-da yaşayan azərbaycanlıdan Qarabağa dəstək yürüşü - VİDEO

13:18 29.09.2020

Azərbaycanlı hakerlər ermənilərin pasport məlumatlarını əldə edib

X Mostbet