İlham Əliyev Sultan Dadaşovu təltif etdi

İlham Əliyev Sultan Dadaşovu təltif etdi
SİYASƏT
17:15 15.11.2019
14932

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sultan Tofiq oğlu Dadaşovun 3-cü dərəcəli "Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

AZXEBER.COM xəbər verir ki, bununla bağlı AZƏRTAC məlumat yayıb. 

Sərəncama əsasən, Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Sultan Tofiq oğlu Dadaşov 3-cü dərəcəli "Əmək” ordeni ilə təltif edilib. 

Qeyd edək ki, S.Dadaşov Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Sarayının təminatı şöbəsinin müdiri, dövlət qulluğunun baş müşaviridir.



OXŞAR XƏBƏRLƏR