İlham Əliyev və Ərdoğan razılığa gəldi: Sərhəd müvəqqəti bağlandı

İlham Əliyev və Ərdoğan razılığa gəldi: Sərhəd müvəqqəti bağlandı
SİYASƏT
18:25 14.03.2020
8362
Azərbaycan və Türkiyə Prezidentləri arasında telefon əlaqəsi olub.  
 
AZXEBER.COM Haber global-a istinadən xəbər verir ki, Azərbaycan dövlət başçısı İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında baş tutan bugünkü telefon danışığında iki ölkə arasındakı siyasi və iqtisadi münasibətlər, regional məsələlər müzakirə olunub.  

Bundan əlavə, dövlət başçıları koronavirus pandemiyasına qarşı alınan tədbirlərlə əlaqədar olaraq, iki ölkə arasında karqo daşımaları istisna olmaqla, hava və quru yolu ilə bütün səfərlərin müvəqqəti təxirə salınmasını qərara alıblar. 
OXŞAR XƏBƏRLƏR