İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan birlikdə Şuşaya gedəcəklər

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan birlikdə Şuşaya gedəcəklər
SİYASƏT
22:11 10.12.2020
1517
Bu gün biz, eyni zamanda, gələcəyə baxarkən azad edilmiş torpaqların bərpası ilə bağlı öz fikirlərimizi ortaya qoyuruq, Qarabağ dünyanın ən gözəl bölgələrindən biri olacaq və əminəm ki, bizim türk qardaşlarımızın yardımı ilə buna biz nail olacağıq. Bu gün artıq konkret layihələr – avtomobil və dəmir yolları, infrastruktur layihələri haqqında danışdıq. Bütün bu layihələrdə Türkiyə və Azərbaycan şirkətləri bərabər iştirak edəcəklər və bütün bu layihələrin qısa vaxt ərzində həyata keçirilməsi bölgəyə yeni nəfəs gətirəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə mətbuata bəyanatında Qarabağda həyata keçiriləcək layihələrdən danışarkən bildirib.

Dövlətimizin başçısı deyib: "Mən bir daha Azərbaycan xalqı adından, öz adımdan qardaş Türkiyə xalqına öz dərin təşəkkürümü bildirmək istəyirəm. Bu günlərdə biz Türkiyədən böyük dəstək gördük, həmrəylik gördük”.

Prezident İlham Əliyev qeyd edib ki, Cümhurbaşqanı başda olmaqla, bütün nazirlər, Türkiyə Böyük Millət Məclisi, eyni zamanda, ictimai fəallar, media mənsubları bizə dəstək verdilər. Türkiyənin media nümayəndələri öz həyatını risk altına ataraq gecə-gündüz döyüş bölgələrindən reportajlar hazırlayırdılar və məhz bu reportajlar vasitəsilə dünya gedən proseslərdən xəbər tuturdu. "Türkiyədə bizim qələbəmizə bizim qədər sevinən bacı-qardaşlarımıza öz salamlarımı çatdırıram və dərin təşəkkürümü bildirmək istəyirəm. Biz birlikdəyik, bu gün də belədir, sabah da belə olacaq və əbədi olacaq. Türkiyə-Azərbaycan birliyi sarsılmazdır, əbədidir”.

Dövlətimizin başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciətlə deyib: "Bir daha əziz qardaşım, xoş gəlmisiniz. Doğma vətəninizə xoş gəlmisiniz. Sizi biz ürəkdən sevirik. Azərbaycan xalqı Sizə bu gün öz sevgisini küçələrdə göstəribdir. Biz danışdıq ki, Şuşa şəhərinə yeni avtomobil yolu, Türkiyə şirkətlərinin inşa edəcəyi avtomobil yolu inşa ediləndən sonra bərabər, inşallah, Şuşa şəhərinə gedəcəyik”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Quba Palace Hotel beynəlxalq qolf turnirinə ev sahibliyi edəcək
13:32 03.07.2026
Quba Palace Hotel beynəlxalq qolf turnirinə ev sahibliyi edəcək
Universitet məzunları niyə iş tapa bilmir? - İş elanlarındakı təcrübə tələbi narazılıq yaradır
13:29 03.07.2026
Universitet məzunları niyə iş tapa bilmir? - İş elanlarındakı təcrübə tələbi narazılıq yaradır
BBC-dən “instagram”la bağlı şok iddia - Uşaq istismarı…
13:17 03.07.2026
BBC-dən “instagram”la bağlı şok iddia - Uşaq istismarı…
Rusiyada benzin böhranı dərinləşir: Novorossiyskdə yanacaq yoxdur
12:57 03.07.2026
Rusiyada benzin böhranı dərinləşir: Novorossiyskdə yanacaq yoxdur
Hikmət Hacıyev amerikalı professorla regional məsələləri müzakirə edib
12:54 03.07.2026
Hikmət Hacıyev amerikalı professorla regional məsələləri müzakirə edib
TuranBank Xəzər sahilində genişmiqyaslı təmizlik aksiyası keçirdi - FOTOLAR
12:47 03.07.2026
TuranBank Xəzər sahilində genişmiqyaslı təmizlik aksiyası keçirdi - FOTOLAR
AccessBank Qarabağda qadın sahibkarlar üçün maarifləndirici təlim keçirib
12:42 03.07.2026
AccessBank Qarabağda qadın sahibkarlar üçün maarifləndirici təlim keçirib
“Vətəndaşların əksəriyyəti problemlərinin həlli ilə bağlı ən çox Prezidentə ümid edir” - Partiya sədri
12:35 03.07.2026
“Vətəndaşların əksəriyyəti problemlərinin həlli ilə bağlı ən çox Prezidentə ümid edir” - Partiya sədri
104 azərbaycanlı Macarıstanda təhsil almaq hüququ qazandı
12:33 03.07.2026
104 azərbaycanlı Macarıstanda təhsil almaq hüququ qazandı
Bakıda marşrut avtobusu ağaca çırpıldı, 11 nəfər yaralandı - Video
12:20 03.07.2026
Bakıda marşrut avtobusu ağaca çırpıldı, 11 nəfər yaralandı - Video
“Arzum məhkəmənin qərarından narazıdır, apellyasiya şikayəti verəcəyik” - Vəkili danışdı
12:09 03.07.2026
“Arzum məhkəmənin qərarından narazıdır, apellyasiya şikayəti verəcəyik” - Vəkili danışdı
Pezeşkian Paşinyanla görüşdü
12:06 03.07.2026
Pezeşkian Paşinyanla görüşdü
Eldar Əzizov yeni rəis təyin etdi
12:05 03.07.2026
Eldar Əzizov yeni rəis təyin etdi
Hərbçimiz futbol oynayan zaman öldü
12:04 03.07.2026
Hərbçimiz futbol oynayan zaman öldü
İrandan ABŞ-yə sərt xəbərdarlıq: Hörmüz boğazına müdaxiləyə icazə verməyəcəyik
11:50 03.07.2026
İrandan ABŞ-yə sərt xəbərdarlıq: Hörmüz boğazına müdaxiləyə icazə verməyəcəyik
İlham Əliyev Lukaşenkonu təbrik etdi
11:37 03.07.2026
İlham Əliyev Lukaşenkonu təbrik etdi