İlham Əliyevin sayəsində informasiya müharibəsinin də qalibi olduq - ŞƏRH

İlham Əliyevin sayəsində informasiya müharibəsinin də qalibi olduq - ŞƏRH
SİYASƏT
17:07 06.11.2022
486
8 noyabrda Azərbaycanın Şanlı Zəfər Günündən 2 il ötür.

Bu savaş bir çox aspektdə gedirdi və birmənalı şəkildə demək olar ki, Azərbaycan bütün cəbhələrdə düşməni məğlub etdi.  

Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti düşmənə göz dağı verirdi.

Məsələ ilə bağlı AZXEBER.COM-a danışan siyasi şərhçi, "Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirib ki, müharibə təkcə siyasi yox bütün qütblərdə gedirdi:

"44 günlük Vətən Müharibəsini xatırlayanlar ilk gündən başlayaraq prosesin təkcə döyüş meydanında getmədiyini və bütün qütblərdən ölkəmizə qarşı aparılan informasiya savaşının qarşısında Ali Baş Komandanın həm də informasiya ordusuna rəhbərlik edən bir şəxs kimi dayandığını görə bilirdi. Həmin günlərdə Azərbaycan prezidentinin tvitləri, bəyanatları, açıqlamaları Azərbaycan xalqına müraciətləri bizim nə qədər milli vətənpərvərlik ruhumuzun ölkədə yüksəlməsinə rəvac verirdisə, liderimizin ətrafında birləşən Azərbaycan xalqının daha da bütövləşməsinə zəmin yaradırdısa, bir o qədər Azərbaycana qarşı həyata keçirilən total informasiya kampaniyasının qarşısının alınmasına xidmət edirdi”.

Politoloq qeyd edib ki, İlham Əliyevin cəsarət və qətiyyəti dünya üçün də bir nümunədir:

"Azərbaycan Prezidentinin həmin günlərdə nümayiş etdirdiyi mövqe, cəsarət, qətiyyət və iti zəka, qənaətimə görə, hələ uzun illər boyu dünyanın müxtəlif informasiya resursları tərəfindən araşdırılacaq və bu, bir nümunə kimi göstəriləcək. Bu, öz xalqının, dövlətinin maraqlarına sonuna qədər müdafiə etməyi bacarmaq  və müdafiə etmək bacarığının bir nümunəsidir. Yəni, söhbət bütün komponentlərdən gedir. Burada sadəcə dərin və iti zəka, hazırcavablıq digər amillər mühüm rol oynamır. Burada həm qətiyyət, cəsarət və vətənə olan sevgi, öz mövqeyinə sonuna qədər inanmaq kimi yüksək keyfiyyətlər də yer alır. Bu aspektdən də düşünürəm ki, həmin günlər bir media mənsubu olaraq bizim üçün də ayrıca bir qürur mənbəyi idi. 

Şübhəsiz ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və həll edilən böyük zəfər bizim üçün tarixi bir qürurdu və zaman keçdikcə bütöv Azərbaycan xalqı bu qüruru yaşayacaq, bu zəfər ideyası ətrafında daim birləşəcək”.

Siyasi şərhçi əlavə edib ki, Ali Baş Komandanın nümayiş etdirdiyi mövqe döyüş meydanında əldə etdiyimiz zəfərlə deyil, həm də informasiya sahəsində qazanılan böyük uğurdur:

"Bununla yanaşı, bir media mənsubu olaraq da, informasiya savaşında Azərbaycan liderinin, Ali Baş Komandanın nümayiş etdirdiyi mövqe və hesab edirəm ki, bütün ən kəskin sualların cavabında Azərbaycanın mövqelərinin arqumentləşdirərək, faktlara əsaslanaraq dünya ictimaiyyətinin diqqətinə çatdırılması prinsipial olaraq, həqiqətin tam çılpaqlığına qədər ifadə edilməsi, bizim hər birimiz üçün nümunə və qürurverici haldır. Bu gün əgər informasiya sahəsində mücadilə aparmaq, önə çıxmaq nümunəsi varsa, təkcə Azərbaycanın vətəndaşları üçün deyil, bütün azərbaycanlılar üçün, dünyanın müxtəlif qütbləri tərəfindən ədalətsizliyə məruz qalan insanlar üçün, xalqlar üçün İlham Əliyevin timsalında önəmli bir nümunə var. Bu aspektdən düşünürəm ki, şübhəsiz, həmin o tarix, zaman kəsiyi təkcə döyüş meydanında əldə etdiyimiz zəfərlə deyil, həm də informasiya sahəsində qazanılan böyük uğurla yadda qalacaq və xatırlanacaq”.

Mikayıl Mirzəzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu ərazidə hərəkət qismən məhdudlaşdırılacaq
21:11 07.10.2026
Bu ərazidə hərəkət qismən məhdudlaşdırılacaq
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
21:06 07.10.2026
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb
21:00 07.10.2026
İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb
Ağdaşda yol qəzası oldu - Yaralananlar var
20:53 07.10.2026
Ağdaşda yol qəzası oldu - Yaralananlar var
“Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib” - Paşinyan
20:49 07.10.2026
“Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib” - Paşinyan
Amansızlıqla qətlə yetirilən Fatimənin - Fotosu
20:44 07.10.2026
Amansızlıqla qətlə yetirilən Fatimənin - Fotosu
Polşada məktəbdə bıçaqlı hücum olub, 10 nəfər yaralanıb
20:40 07.10.2026
Polşada məktəbdə bıçaqlı hücum olub, 10 nəfər yaralanıb
Lerikdə iki yol qəzası olub, xəsarət alanlar var
20:32 07.10.2026
Lerikdə iki yol qəzası olub, xəsarət alanlar var
Azərbaycan səfiri etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
20:29 07.10.2026
Azərbaycan səfiri etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
Bakıda kişi su pulu üstündə arvadını döydü
20:27 07.10.2026
Bakıda kişi su pulu üstündə arvadını döydü
Könül Vəlibəyli və iki nəfərin öldüyü, 25 nəfərin xəsarət aldığı yanğınla bağlı həbs edilən klinika direktoru məhkəmədə ifadə verib
20:19 07.10.2026
Könül Vəlibəyli və iki nəfərin öldüyü, 25 nəfərin xəsarət aldığı yanğınla bağlı həbs edilən klinika direktoru məhkəmədə ifadə verib
Sabah bu 5 kənddə qaz olmayacaq
20:12 07.10.2026
Sabah bu 5 kənddə qaz olmayacaq
Gürcüstana gedənlərə şad xəbər: Artıq vaxt itirmədən, bir neçə dəqiqəyə səyahət sığortasını onlayn almaq mümkündür
20:04 07.10.2026
Gürcüstana gedənlərə şad xəbər: Artıq vaxt itirmədən, bir neçə dəqiqəyə səyahət sığortasını onlayn almaq mümkündür
Paşinyan: Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq
20:00 07.10.2026
Paşinyan: Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq
Azərbaycan ekoloji çağırışlar və Xəzər dənizinin dayazlaşmasını qabardıb
19:54 07.10.2026
Azərbaycan ekoloji çağırışlar və Xəzər dənizinin dayazlaşmasını qabardıb
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırıldı
19:31 07.10.2026
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırıldı