İlham Zəkiyev ölkəmizə 12-ci medalı qazandırdı

İDMAN
14:41 29.08.2021
2695
Cüdoçumuz İlham Zəkiyev Paralimpiya Oyunlarında bürünc medal qazanıb. Belə ki, özbəkistanlı rəqibi Şirin Şərifov əvvəlki görüşdə qadağan olunmuş fənd işlətdiyi üçün yarışdan kənarlaşdırıldığından, Zəkiyev güləşməmiş bürünc medala layiq görülüb. Bu, 41 yaşlı İlhamın dördüncü Paralimpiya mükafatı olub. Daha əvvəl cüdoçumuz 2004 və 2008-ci ildə qızıl və 2012-ci ildə bürünc medal qazanmışdı.

Bununla da Azərbaycan üçün cüdo yarışları başa çatıb. Bu yarışlarda qazanılan 12 medaldan 8-i (6 qızıl və 2 bürünc medal) cüdo millilərimizin hesabındadır.

Xatırladaq ki, daha əvvəl qadın cüdoçularımızdan Şahanə Hacıyeva (-48 kq), Sevda Vəliyeva (-57 kq), Xanım Hüseynova (-63 kq), Dürsədəf Kərimova (+70 kq), kişi cüdoçularımızdan Vüqar Şirinli (-60 kq), Hüseyn Rəhimli (-81 kq) qızıl medal qazanıb. Həmçinin Namiq Abbaslı (-66 kq) bürünc medala sahib çıxıb.

Onu da bildirək ki, Azərbaycan hazırda 9 qızıl və 3 bürünc medalla yeddinci sırada qərarlaşıb.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

22:03 24.10.2021

Somalidə hərbçilərlə yaraqlılar arasında toqquşmalar zamanı 30 nəfər ölüb

21:33 24.10.2021

"Ərdəbildən Azərbaycana dəmir yolu xətti çəkiləcək”

21:13 24.10.2021

Rövşən Məmmədov: "Azərbaycan Türk Şurasının mediaforumunda təkliflər irəli sürüb"

20:58 24.10.2021

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - VİDEO

20:52 24.10.2021

Əfqanıstanda İŞİD-in 50 üzvü hakimiyyət orqanlarına təslim olub

20:40 24.10.2021

Metroda tutulan koronavirus xəstəsi: “Hava almağa çıxmışdım” - FOTO

19:16 24.10.2021

İsveçdə qətlə yetirilən soydaşımızın cənazəsi Azərbaycana gətiriləcək

18:51 24.10.2021

Türkiyə DİN-dən əməliyyat: 813 nəfər axtarışda olan şəxs saxlanıldı, 19 itkin düşmüş şəxs tapıldı

18:33 24.10.2021

Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılışında çıxış edəcək

17:34 24.10.2021

Bakıda dəhşətli hadisə: Məşhur bloqqer intihar etdi - FOTO

17:06 24.10.2021

Azərbaycanda ilk dəfə Zəfər Tibb Simpoziumu keçiriləcək

16:43 24.10.2021

Yaqub Zurufçunun ölümündən 40 gün ötür

16:13 24.10.2021

İranda koronavirusdan daha 171 nəfər öldü

15:59 24.10.2021

Azərbaycanlı alim vəfat etdi - FOTO

15:42 24.10.2021

“WhatsApp” istifadəçilərinin nəzərinə: Hamının gözlədiyi funksiya gəlir

15:21 24.10.2021

Ehtiyatda olan bir qrup hərbi vəzifəlilər təlimə çağırılır - Müdafiə Nazirliyindən açıqlama