İlin ən yaxşılarını müəyyənləşdirildi - SİYAHI

İDMAN
01:14 10.01.2012
1927

FİFA ilin ən yaxşılarını seçib.

AZXEBER.COM-un TRT-yə istinadən verdiyi xəbərə görə, İsveçrənin Sürix şəhərində futbolda 2011-ci ilin ən yaxşılarının seçildiyi mərasimdə "Barselona"nın 41 yaşlı baş məşqçisi Qvardiola "İlin baş məşqçisi " mükafatına layiq görülüb.

Bu mükafata namizədlər arasında "Mançester Yunayted"in baş məşqçisi Alek Fergüsson və "Real Madrid"in baş məşqçisi Xose Mourinyo da olub.

Sürixdəki təqdimat mərasimində ən yaxşı futbolçuya verilən "Qızıl top" mükafatını isə "Barselona"nın argentinalı hücumçusu Lionel Messi alıb.

"İlin ən yaxşı qadın futbolçusu" ünvanını japoniyalı Homare Sava qazanıb. 2011-ci ildə dünya çempionu olan Yaponiya komandasında yer alan Sava 2006-cı ildən bəri bu mükafata embarqo qoyan Braziliya milli komandasının oyunçusu Martanı geridə qoymağı bacarıb.

İlin qoluna verilən mükafatı isə "Flamenqo"ya vurduğu qolla "Santos"da forma geyinən Braziliyalı Neymar alıb.

OXŞAR XƏBƏRLƏR