İlon Mask ABŞ ilə Rusiyanı birləşdirə bilər

İlon Mask ABŞ ilə Rusiyanı birləşdirə bilər
DÜNYA
07:28 12.10.2026
188
Amerikalı sahibkar İlon Maskın təsis etdiyi "Boring Company" şirkəti Rusiya və ABŞ arasında tunelin tikintisinə başlamalıdır.

Bu barədə Rusiya prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə nümayəndəsi, Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"The Boring Company" üçün Rusiya ilə ABŞ-ni, Avrasiya və Amerikanı birləşdirəcək "Putin - Tramp" tunelinin tikintisinə başlamaq vaxtı çatıb", - deyə o bildirib.

Dmitriyev öz paylaşımında Berinq boğazının altından tunelin necə keçə biləcəyini göstərən xemi də paylaşıb. Beləliklə, layihə reallaşacağı təqdirdə iki qitəni bir-birinə bağlayacaq və dünyada ən nəhəng infrastruktur təşəbbüslərindən birinə çevriləcək.

Qeyd edək ki, Dmitriyev oxşar təşəbbüslə 2025-ci ildə də çıxış etmişdi.
 
///oxu.az///
OXŞAR XƏBƏRLƏR