İlon Maskdan fotosu ilə dünyada gündəm olan qadına şok - FOTO

İlon Maskdan fotosu ilə dünyada gündəm olan qadına şok - FOTO
DÜNYA
10:14 28.02.2023
402
Bir neçə ay əvvəl tvitterin ofisində yuxuladığı yerdə fotosunu paylaşaraq gündəm olan Ester Kroufor adlı qadın işdən çıxarılıb.

AZXEBER.COM metbuat.az-a istinadən xəbər verir ki, şirkətin sahibi İlon Mask aralarında Esterin də olduğu 200 nəfəri işdən çıxarıb.
 
Qeyd edək ki, qadın işçi iş saatı çox olduğuna görə ofisdə yuxulayıb. O, ofisdə yuxuladığı fotosunu paylaşana qədər orta səviyyəli işçi idi. Foto paylaşılandan sonra gündəmə gələn qadın Maskın da diqqətini cəlb edib.

Mask ona yüksək vəzifə vermişdi. Qadının fotosu paylaşılandan sonra Mask işçilərini çox işlətdiyinə görə tənqid edilmişdi.
 

 

 


OXŞAR XƏBƏRLƏR