İmran Xanın tərəfdarları ilə polis arasında toqquşma: 7 nəfər yaralandı

İmran Xanın tərəfdarları ilə polis arasında toqquşma: 7 nəfər yaralandı
DÜNYA
11:45 29.01.2024
122
Pakistanın keçmiş baş naziri İmran Xanın tərəfdarları Kəraçi şəhərində mitinqdə polislə toqquşub. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, keçmiş baş nazir İmran Xanın partiyası olan Pakistan Ədalət Hərəkatı (PTI) Pakistanın Kəraçi şəhərində mitinq keçirib. 

Hadisələrdə onlarla adam saxlanılıb, 7 polis əməkdaşı yaralanıb.

Polis İmran Xanın tərəfdarlarını dağıtmaq üçün dəyənəklərdən və gözyaşardıcı qazdan istifadə ediblər.

Ayşən
OXŞAR XƏBƏRLƏR