"İnanmayan şəxslər koronavirus qədər təhlükəlidirlər" - VİDEO

SAĞLAMLIQ
10:25 05.07.2020
1982
Surxay Musayev: "İnanmayan şəxslər koronavirus qədər təhlükəlidirlər"

Dünyada pandemiya ilə əlaqədar cari vəziyyət hələ də kritik olaraq qalmaqdadır. Ölkəmizdə də son günlərin dinamikası 500 nəfər civarında dəyişir.

Son dövrlərin təcrübəsi onu göstərir ki, artıq xəstəxanalara təcili tibbi yardım insanları, ailələrlə gətirir. Təcrübələr göstərir ki, son yoluxma hallarının əksəriyyəti yas yerlərində baş verib.

İnsanlar təxminən 2 həftə müddətində yoluxduğlarını hiss etmirlər. Müşahidələr və araşdırmalar onu deməyə imkan verir ki, Koronavirus asanlığda tabe olub, insanlığın yaxasını buraxmaq fikrində deyil.

Koronavirusun geniş yayılması qədər təhlükəli olan digər amil isə yenə də insan faktorudur. Təəsüflər olsun ki, o insanların sıralarında bəzən ziyalı şəxslərdə yer alır.
 

OXŞAR XƏBƏRLƏR