İndoneziyada yenə güclü zəlzələ oldu

İndoneziyada yenə güclü zəlzələ oldu
DÜNYA
09:48 03.07.2026
334
İndoneziyanın şimal bölgəsində, Molukka dənizi sularında güclü zəlzələ baş verib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.

Bakı vaxtı ilə saat 06:31-də qeydə alınan zəlzələnin episentri Ternate şəhərindən 138 kilometr şimalda olub. Episentrdəki təkanların intensivliyinə görə təbiət hadisəsi "kifayət qədər güclü" kimi qiymətləndirilir.

ABŞ Geoloji Xidməti də zəlzələnin gücünü 6.2 maqnituda olaraq müəyyən edib. Qurumun məlumatına görə, yeraltı təkanların ocağı 120.9 km dərinlikdə yerləşib.

İtki və dağıntı barədə məlumat verilməyib.

Qeyd edək ki, iyunun 16-da İndoneziya sahillərində 6.7 maqnitudalı güclü zəlzələ olmuşdu. Seysmik hadisə nəticəsində azı 3 nəfərin öldüyü barədə məlumat verilmişdi.
OXŞAR XƏBƏRLƏR